Tramvay ustasından icra başçılığına. Ziya Məmmədovdan Kərəm Həsənovadək – Əziz Əzizov yolu

06 fevral 2018
Tramvay ustasından icra başçılığına. Ziya Məmmədovdan Kərəm Həsənovadək – Əziz Əzizov yolu
Bir neçə gün öncə Yasamal rayonuna yeni icra başçısı təyin olundu. Uzun müddət Cəlilabad rayonuna rəhbərlik edən Əziz Əzizov Bakıda fəaliyyətini davam etdirəcək. Ə.Əzizov əslində mediaya və ictimaiyyətə kifayət qədər tanış fiqurdu. Amma oxuculara bəzi məqamları xatırlatmağı da vacib bildik. Beləliklə ilk öncə,
Rəsmi tərcümeyi hal
Əzizov Əziz İmran oğlu 09 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailələdir, 3 övladı var.
15.08.1985 – 16.01.1986 – Tramvay parkında xətt sahəsi əmiri ustası,
16.01.1986 – 21.09.1987 – Tramvay parkında vaqon bölməsində usta,
21.09.1987 – 20.01.1989 – Tramvay parkında yol təhlükəsizliyi müfəttişi,
31.01.1989 – 10.09.1990 – Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi,
10.09.1990 – 19.10.1992 – Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən,
19.10.1992 – 09.02.1993 – Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi,
09.02.1993 – 01.02.1996 – Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis,
05.03.1996 – 08.08.2006 – Sahibkarlıq fəaliyyəti,
08.08.2006 – h/h Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı,
02.01.2018 – Yasamal rayon İcra hakimiyyətinin başçısı.
Bakı şəhər Nəqliyyat Departamentinin idarə rəisliyindən sahibkara, Ziya Məmmədovdan Kərəm Həsənova qədər…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 08 avqust 2006-cı il tarixli 1595 N-li Sərəncamına əsasən Əzizov Əziz İmran oğlu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Diqqət etdinizsə, Əziz Əzizovun icra başçısı postuna təyinatına kimi yüksək vəzifəsi olmayıb. Ən böyük vəzifə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis postu olub ki, bu da nəqliyyat sektorunda yüksək vəzifə hesaab olunmur.
Daha sonra və ən əsası ömür böyu heç bir dövlət qurumunda yüksək post tuta bilməyən Əziz Əzizov sahibkarlıq fəaliyyətinə başlayıb. Ümümiyyətlə, Azərbaycanda, 2006-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşgul olmaq o qədər də asan deyildi. Əsasən Rüsiyadan gələn və əli milyonlarla oynayanlar Əziz Əzizov kimi sahibkarlara imkan verməzdi. Amma, di gəl ki, Ə.Əzizov Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis postundan imtina edib gözlənilmədən sahibkar olub. Necə? Kimin dəstəyi ilə? Dövlət işində işləyə-işləyə necə sahibkar olmaq olar? Aldığı əmək haqqı ilə həm dolanmaq həm də sahibkar olmaz mümkündürmü?
Və daha böyük vəzifə – Cəlilabadın icra başçısı…
Daha böyük vəzifə və daha böyük məsuliyyət… Sahibkarların çox maraqlı bir sözü var. Sahibkar hansı postu tututrsa tutsun, bütün fəaliyyətini sahibkarlığa yönəldəcək. Cünki onun istəyi məqsədi pul qazanmağa istiqamətlənib. Görünür, Əziz Əzizov da köhnə sahibkar peşəsini unutmasq istəmir və icra başçısı olduğu rayona – Cəlilabada öz biznesi kimi baxır.
Bu gün kifayət qədər imkanlı icra başçıları sırasında Əziz Əzizovun da adını yanaşı çəkmək olar. Onun, Cəlilabadda və Neftçalada kifayət qədər biznesi mövcuddur və deyək ki, o bu biznesi Cəlilabaddan yaxşı idarə edir. Cünki, sahibkardır. Amma burada bir maraqlı məqam da var. Maraqlıdır ki, Əziz Əzizov necə Komitə sədri Kərəm Həsənovun adamı ola bilib? Axı, o, 1986-çı ildən Nəqliyyat sektoruynda çalışıb. Tramvay parkında xətt sahəsi əmiri ustası, Tramvay parkında vaqon bölməsində usta, Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis, sahibkar və icra başçısı…
Son günlərədək, təxminən 20 ildən artıq ki, ölkənin nəqliyyat sektoru Ziya Məmmədovun nəzarətindədir. Məhz Əziz Əziziv da Ziya Məmmədovun nazir olduğu dövrlərdə qismən yüksək vəzifələr tuta bilib. Təbii ki, bu postlara onu Ziya Məmmədov təyin edib. O zaman Ziya Məmmədovun adamı necə Kərəm Həsənovun adamına çevrilə bildi?
Redaksiyamıza daxil olan məlumata görə, Əziz Əzizov Nəqliyyat sektorunda olarkən sahibkarlıq fəaliyyətinə başlayıb. Ziya Məmmədova yaxın olan adamlarla iş birliyi quran Əzizov qısa müddətdə böyük sahibkarlardan birinə çevirilib. Sahibkar kimi işini əla bilən Ə.Əzizov yuxarıların dəstəyini qazanıb və icra başçısı postuna sahib olub. Burada başqa məqamlar da var ki, araşdırmalardan sonra dəqiq məlumat verəcəyik. Bəzi məqmlarda Ziya Məmmədova yaxınlığı hiss olunsa da, Ə.Əzizovun ara-sıra Kərəm Həsəmovla müəyyən problemlərinin olması da müşahidə olunur. Amma bu günə kimi, onun Nəqliyyat naziri Ziya Məmmədovun yoxsa Komitə sədri Kərəm Həsənovun adamı olması sual olaraq qalır. Elə isə – Əziz Əzizov kimin kadrıdır – Ziya Məmmədovun yoxsa Kərəm Həsənovun?
Komitə sədri ilə ortaq biznes, yaxud Yasamalla köhnə tanışlıq
Ə.Əzizovun Kərəm Həsənovla ciddi biznes əlaqələrində olduğu da daxil olan xəbərlər arasındadır. Belə ki, Cəlilabadda üzüm sahələri, restoranlardan tutmuş Bakıdakı bir çox iri obyektlər bu iki şəxsin ortaq biznesinə daxildir. Bu siyahıda xüsusi seçilən biznes məkanlarından biri də «Baku Mall»dır. İddia edilir ki, bir neçə on milyon dollara başa gəlmiş həmin ticarət obyktinin aylıq gəliri də kiçik rəqəmlərlə ifadə olunmur. Mənbənin sözlərinə görə, Kərəm Həsənov dövlət məmuru olduğundan özünün birbaşa mərkəzə nəzarət etməsi mümkünsüzdür. Və bu səbəbdən də maliyyə işlərini qardaşı, deputat Malik Həsənova həvalə edib. «Baku Mall»ın ikinci şəriki isə Cəlilabadın icra başçısı Əziz Əzizovdur. Qeyd edilir ki, Qələbə Meydanında yerləşən «Baku Mall»ın tikintisini Kərəm Həsənova məxsus olan «Azinko» şirkəti həyata keçirsə də, onun bütün maliyyəsini sözügedən icra başçısı verib. Elə buna görə də, Əziz Əzizova ticarət mərkəzindən önəmli pay ayrılıb.
Onu da bildirək ki, bu yaxınlarda Kərəm Həsənovun «çirkli pulları»nı «təmizləmək» üçün yararlandıqları bank da üzə çıxmışdı. Məlum olmuşdu ki, Beynəlxalq Bankın Cəlilabad filialı komitə sədrinin yaxın qohumu olan Xalis Abbasova həvalə olunub. Bütün maliyyə əməliyyatları da bu filial vasitəsi ilə həyata keçirilir. Həmin bank filialının həmçinin İcra başçısı Əziz Əzizovun da pullarını ölkə xaricinə çıxarmağa yardımçı olduğu vurğulanır. Çox maraqlıdır ki, «Baku Mall»dan əldə olunan gəlirlərin də məhz sözügedən bankın filialı vasitəsi ilə reallaşdırıldığı iddia edilir.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək… Qarşı tərfin də mövqeyini dərc etməyə hazırıq…
Xəbəriniz olsun

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

16.10.2018 - Bakının Nərimanov rayonunda tikinti şirkəti iki evi dağıtdı, vətəndaş dirəyə çıxdı

16.10.2018 - İnam Kərimovun "AĞ QIZIL" YALANI... - Prezident pambıqçılığın inkişafından narazıdır

16.10.2018 - "Modern Hospital”da daha bir dəhşət - Xəstəni səhv müalicə etdilər, ayağı kəsildi

16.10.2018 - "Məhərrəm Əliyev İsa Qəmbəri kabinetdə söyüb" - İqbal Ağazadə

Facebook