Rusiya Dövlət Dumasının deputatı Azərbaycan sərhəddini pozdu

08 fevral 2018
Rusiya Dövlət Dumasının deputatı Azərbaycan sərhəddini pozdu
Rusiya ali qanunvericilik orqanının üzvü növbəti dəfə Azərbaycana qarşı ağır cinayət törədib.

Moderator.az xəbər verir ki, söhbət yenə də Rusiya Federasiyası Dövlət Dumasının MDB və həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulindən gedir. Rusiya deputatı “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqda” qanununu pozaraq ölkəmizin işğal altındakı ərazilərinə daxil olub. O, separatçı-terorçu rejimin rəhbəri Bako Saakyanla “parlament rəhbəri” adlanan Aşot Qulyanla görüşüb. Bundan öncə K.Zatulin İrəvanda Ermənistanın prezidenti hesab edilən Serj Sərkisyanla da təmasda olub.

Özü də Rusiya parlamentarisinin səfəri haqda məlumat Rusiya Dumasının rəsmi saytında dərc edilib.
Xatırladaq ki, mütəmadi olaraq Ermənistan və Dağlıq Qarabağa səfərlər edən Rusiya Dumasının deputatı Konstantin Zatulin hələ 2010-cu ilin mayında Xankəndində qondarma rejimin saxta “parlament” seçkilərində də iştirak etmişdi
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook