Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü: "sırada 6-sı qaldı..." - Rusiya mediasından ilginc şərh

08 fevral 2018
Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü: "sırada 6-sı qaldı..." - Rusiya mediasından ilginc şərh
Ötən ilin avqustunda «qanuni oğru» Rövşən Canıyevin(«Lənkəranski») qətlində iştirak edən killer Sankt-Peterburqda öldürülüb.

Savash.org Musavat.com-a istinadən xəbər verir ki, bu sensasion məlumatı Rusiya KİV-i yayıb. Məlumatda deyilir ki, «Lənkəranski»nin qətlində iştirakı şübhə doğurmayan Cabir Həsənov aprelin 28-də Leninqrad prospekti 42-də öldürülüb. Qətlə yetirilən 42 yaşlı Cabir Həsənov bir neçə dəfə Azərbaycanda məhkum həyatı yaşayıb. Azadlığa isə üç il əvvəl çıxıb və Rusiyaya gedib. Samarada azərbaycanlı biznesmenin oğurlanmasında iştirak etdiyi üçün barəsində axtarış elan olunubmuş. Onun saxta sənədlə Türkiyə və Ukraynada gizləndiyi məlum olub. Öldürüləndə də üstündə Cümşü Həsənov kimi qeyd edilən saxta sənəd tapılıb.

Qətlə yetirilənin pasport qeydlərinin araşdırılması zamanı üzə çıxıb ki, «Lənkəranski» yə sui-qəsd olanda o, Türkiyədə olub.

Bildirilir ki, Cabir Həsənov cəzasını azərbaycanlı «qanuni oğru» Nadir Səlifovun(«Lotu Quli») saxlandığı 8 saylı həbsxanada çəkib. Rusiya KİV-nin iddiasına görə, «Quli» ilə yaxın münasibəti olub.

Maraqlıdır ki, Rusiya mətbuatı Cabir Həsənovun qətlini daha çox qulağı kəsilərək şəkili və videosu yayılan Rafiq Eyvazovun(«Rafiq Masallinski») intiqamı kimi izah edir. Məlumata görə, «Rafiq Masallinski» bu qətldən sonra yaxın ətrafına «sırada daha 6 nəfər qaldı» deyib. Bu, isə onun qulağının kəsilməsində iştirak edənlərin sonadək cəzalandırılacağı kimi yozulub.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş