Mikayıl Cabbarov yeni vergi siyasətini müzakirə edir, deputat kəndlidən vergi yığmağa çağırır

13 fevral 2018
Mikayıl Cabbarov yeni vergi siyasətini müzakirə edir, deputat kəndlidən vergi yığmağa çağırır
Bu gün Vergilər Nazirliyi Bakıda “Vergilər, şəffaflıq, inkişaf” mövzusunda sahibkarların, ictimayyə nümayəndələrinin, deputatların və digərlərinin iştirakı ilə konfrans keçirir. Virtualaz.org xəbər verir ki, konfrans Mikayıl Cabbarovun nazir təyin edilməsindən və Vergilər Nazirliyində aparılmış kütləvi kadr dəyişiklərindən sonra yeni vergi siyasətinin müəyyənləşdirilməsi, vergiyığma sahəsində şəffaflığın artırılması yolları barədə müzakirələr aparmaq məqsədi daşıyır. Gözlənilir ki, konfransda səslənən təkliflər daha sonra Vergilər Nazirliyinin fəaliyyətində nəzərə alınacaq.

Konfransda çıxış edənlərdən biri, deputat Ziyad Səmədzadə deyib ki, o dünyada iki şeyə çarə olmadığına bir daha əmin olub: vergiyə və ölümə.

Deputatın sözlərinə görə, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi faktı yoxdur: "Vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır. Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Bu də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq".

Ziyad Səmədzadə deyib ki, hazırda Azərbaycanda bütün büdcə daxilolmalarında sadələşdirilmiş verginin payı 0,8%, vergi daxilolmalarında isə bu 4-5%-dir. O, ölkədə vergi uçotunun təkmilləşdirilməsini təklif edib: "Necə olur ki, eyni məhsulun rentabelliyi bir yerdə 18%, digər yerdə isə 2%-dir".

Milli Məclisin komitə sədri Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini azaltmasını müsbət qarşıladıqlarını da deyib: "Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq. Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi uçot dərəcəsi azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın".

Deputat Vahid Əhmədov isə bildirib ki, yeni vergilər nazirinin qarşısında çox böyük vəzifələr durur. O, yeni Vergi Məcəlləsinin qəbul edilməsinə çağırıb: “ "Vergi Məcəlləsi 2000-ci ildə qəbul edilib, bunun üzərindən 17 il keçir, dünya dəyişir. Təklif edirəm ki, Vergilər Nazirliyi yeni məcəllə hazırlayıb parlamentə təqdim etsin. Əhalinin Bakıya axınının qarşısını almaq üçün gərək yerli vergilər daha çox yerli qurumlara ödənilsin. Sadələşdirilmiş verginin miqdarı 200 min manatdır, amma artıq manat devalvasiya uğrayıb. Bu məbləğə yenidən baxış keçirilməlidir. Əlavə dəyər vergisi niyə bütün məhsullar üçün 18 faizdir? Avropada elə məhsul var 5, elə məhsul var əlavə dəyər vergisi 30 faizdir. Bu rəqəm də differensiallaşdırılmalıdır”.

Vahid Əhmədov xatırladıb ki, yoxlamalar prezident tərəfindən dayandırılsa da, Vergilər Nazirliyinə yoxlama icazəsi verilib. Və yoxlama zamanı elə etmək lazımdır ki sahibkarların nüfuzuna xələl gətirilməsin.

“Büdcə proqnozları verilərkən İqtisadiyyat Nazirliyi Vergilər Nazirliyi ilə bu məbləği razılaşdırsın. Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki. Mən burda hər şeyi açıqlamaq istəmirəm"-deputat bildirib.
Xəbəriniz olsun

24.02.2018 - Ziya Bünyadovun qətlinin üstü baş prokurorun kabinetində açılıb - sensasion təfərrüat

24.02.2018 - Qarabağda yeni müharibə anonsu - “Putin Bakıdan möhlət istəyib...”

23.02.2018 - Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal – Harınlığın “yaşıl izi”

23.02.2018 - Prezident çoxuşaqlı qadınlara verilən müavinətin məbləğini artırdı

23.02.2018 - Sumqayıtda gənc oğlanı borca görə döyüb diri-diri basdırdılar...

23.02.2018 - “Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

22.02.2018 - Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ

22.02.2018 - "Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə

22.02.2018 - 56 yaşlı Abşeron sakini özünü asaraq intihar edib

22.02.2018 - Gürcüstandan gətirilən maşınlar haqda şok faktlar - Ekspertdən müsahibə

22.02.2018 - Bu rayonlarda insanlar çox yaşamır - I yeri müalicəvi Naftalan tutur

22.02.2018 - “Bank of Baku”nun özbaşınalıqları davam edir – GİLEY

22.02.2018 - Azad Rəhimovun oğlu ilə bağlı ilginc iddia

Facebook