Keçmiş icra başçısı işçilərini polisə verdi: "Pul istəyirdilər, məndə pul var?"

13 fevral 2018
Keçmiş icra başçısı işçilərini polisə verdi: "Pul istəyirdilər, məndə pul var?"
Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Lizinq sektorunda müdirlə işçilər arasında insident baş verib.

Savash.org ölkə.az-a istinadən xəbər verir ki, nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini, Lizinq sektorunu müdiri Ağayev Mübariz Alı oğlu Bəxtiyar və Mədinə adlı şəxslərdən Səbail rayon Polis İdarəsinə şikayət edib. Belə ki, adları çəkilən şəxslər fevral ayının 7-də Mübariz Ağayevin otağına girərək səs-küy salıblar, nəticədə sektor müdiri polisə müraciət etmək məcburiyyətində qalıb. Toplanmış materiallar araşdırılması üçün aidiyyatı üzrə Səbail RPİ-nin 39-cu polis bölməsinə göndərilib.

Sayt baş vermiş hadisə ilə bağlı şikayətçi Mübariz Ağayevlə əlaqə saxlayıb və o faktı təsdiq edib: "Otağıma hücum edən şəxslər ana və oğuldurlar və eyni zamanda bizim şöbənin əməkdaşlarıdır. Gəlib məndən pul tələb ediblər və bildiriblər ki, xəstəmiz var, kömək elə. Mən də onlara pul verməkdən imtina etdim. Dedim məndə pul var? Onlar da üstümə hücum çəkdilər. Mən də polisə şikayət etmək məcburiyyətində qaldım".

Qeyd edək ki, Mübariz Ağayev bundan öncə Quba və Göyçay rayonlarının icra başçısı vəzifəsində çalışıb.
Xəbəriniz olsun

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

Facebook