“Jurnalistlərin binasından ev almaq üçün 42 min manat verdim” – MƏHKƏMƏ

13 fevral 2018
“Jurnalistlərin binasından ev almaq üçün 42 min manat verdim” – MƏHKƏMƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sveta Qarayeva dindirilib.

O bildirib ki, həyat yoldaşı Bayram İsmayılov cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb: “Yoldaşım rəhmətə gedib. Gündüz Hüseynov ərimdən 33 min manat pul alıb. O, ərimə ev alacağı vədi vermişdi. Həyat yoldaşım taksi sürməklə məşğul olurdu”.

Hakimin suallarını cavablandıran şahid qeyd edib ki, G.Hüseynov onun mərhum həyat yoldaşına saxta jurnalist vəsiqəsi verib: “O, pulu yoldaşımdan aldı ki, jurnalistlərə tikilən mənzildən ev alacaq. Jurnalistlərə mənzil veriləndə bildik ki, Gündüz bizi aldadıb. Sonra ona zəng çatmadı. Ərim pulları Gündüzə natarius qaydada verib”.

Daha sonra digər şahid Xalidə İsmayılova ifadə verib. O, “Zaman Press” qəzetində çalışdığını, qəzetin rəhbəri G.Hüseyova 42 min manat pul verdiyini bildirib: “Qəzetdə 6 ay çalışdım. Rəhmətlik anamın adından qəzetə yazılar verirdim. Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov mənə jurnalistlərə verilən mənzildən ev alacağı vədi verdi. Ona 42 min manat pul da verdim, lakin sözünə əməl etmədi”.

X.İsmayılova dindirilən zaman müğənni də olduğunu söyləyib.

G.Hüseyova şahidin ifadəsi ilə bağlı sual verilib, lakin o, suallara cavab vermək istəməyib.

Daha sonra G.Hüseynov qadının pullarını Xəyyam İsmayılovun “yediyini” deyib: “Məni KİV-in Həmkarlar İttifaqının sədri Çingiz Qurbanov “İlin adamı” və “İlin jurnalisti” seçib. Xalidə xanım başsız qadındır, onun iki körpəsi var. Onun ifadəsinə yalnız Xəyyam məhkəmədə dindiriləndən sonra cavab verəcəm. Xalidə mənə pul verməyib”.

Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib.

İttiham aktına əsasən, G.Hüseynov öz içilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.
Xəbəriniz olsun

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

16.10.2018 - Bakının Nərimanov rayonunda tikinti şirkəti iki evi dağıtdı, vətəndaş dirəyə çıxdı

16.10.2018 - İnam Kərimovun "AĞ QIZIL" YALANI... - Prezident pambıqçılığın inkişafından narazıdır

16.10.2018 - "Modern Hospital”da daha bir dəhşət - Xəstəni səhv müalicə etdilər, ayağı kəsildi

16.10.2018 - "Məhərrəm Əliyev İsa Qəmbəri kabinetdə söyüb" - İqbal Ağazadə

Facebook