Taleh Bağırovun cəzası artırıldı — Hökm

13 fevral 2018
Taleh Bağırovun cəzası artırıldı — Hökm
Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baş tutan prosesdə Taleh Bağırova hökm oxunub.

Yeni hökmə əsasən, Taleh Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilib.

Məhkəmə Taleh Bağırovun cəzasını artıraraq ona 18 il həbs cəzası verib.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda qanunla qadağan edilmiş məlumat aşkarlanması barədə rəy verib.
Taleh Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan “Müsəlman Birliy”i Təşkilatının rəhbəri Taleh Bağırov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub.

Məhkəmənin hökmü ilə Taleh Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Taleh Bağırov cəzazını 7 ilini qapalı rejimdə çəkəcək.
Xəbəriniz olsun

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

Facebook