Sevgi simvolumuz Məcnundursa, o da dəlidirsə...

13 fevral 2018
Sevgi simvolumuz Məcnundursa, o da dəlidirsə...
Uşaqlar, geri çəkilin, indi Namiqlə Makedon dava edəcəklər. Yəni, importnı sevgililər gününün tərəfdarları kosmopolitlərlə milli sevgililər gününün tərəfdarları olan millətçilər arasında qiyamət qopacaq. Hər il olduğu kimi yenə də bir Kefli İskəndər kimisi tapılıb deməyəcək ki, ayə, bir-birinizi qırmayın, qoyun camaat sevgi məfhumunu yadına salsın, bu fani dünyada guya iki sevgililər günü olsa, nə olacaq?
İnsafən, Araz aşığından, Kür topuğundan olanların bu dava heç vecinə də olmayacaq, nöşün ki, sevgi elə bir zaddır ki, onu ildə nəinki uzağı iki dəfə, elə hər gün də qeyd eləyib demək olar ki, kərəminə şükür ilahi, nə yaxşı bu qədər çirk-çirkab içində bütün hər şeyin fövqündə duran bir hissi yaratdın. Başqa bir tərəfdən bizim sevgi simvolumuzun adı Məcnun, yəni dəlidirsə, və dəliyə də hər gün bayramdısa, deməli... Arxasını özünüz düzüb qoşun, məndən fakt deməkdi.
Nə isə, çox fəlsəfə yapmayaq, əsas məsələ və sabahın özəlliyi odur ki, bəzi milli və növcavan “ayılar”ımız öz sevgililərinə ayı oyuncaqları alıb sevincdən atılıb düşəcək, bəziləri ala bilməyib qəm dəryasına batacaq, bəzi milli “quzu”larımız öz “ayı” sevgililərindən ayı oyuncağı alıb sevinəcək, bəziləri ala bilməyib burnunu sallayacaq. Metrolar, parklar, küçələr əli ayılı, əli ayısız, qucağı güllü, qucağı gülsüz, iki-iki, ya tək-tək gəzən, barışan və ya hələ də ayrı qalan, təzə sevgili tapan və tapmayan, kefi kök və ya boynu bükük gənclərlə aşıb –daşacaq, pulu olub sevgilisi olmayanlar sevgilisi olub pulu olmayanlara, heç birisi olmayanlar hər ikisi olanlara həsəd aparacaq, bir sözlə, aləm qarışacaq, məzhəb itəcək, it yiyəsin, dəli qız ərin tanımayacaq.
Xub, nə ziyanı var, bir günümüzü də verək şair demiş sevənlərə, necə istəyirlər idarə etsinlər, əgər nəzərə alsaq ki, hər hansı bir günü SEVGİsiz yaşamaq az qala yasaqdı, odur ki, şəxsən mən sizə bütün günlərinizi SEVGİli yaşamağı arzu edərdim, nöşün ki, başqa bir şair bu barədə belə deyir:
Canı kim cananı üçün sevər, cananın sevər,
Canı için kim ki cananın sevər, canın sevər.
Bu dünyanı başqası üçün sevmək daha rahatdı, nəinki özün üçün, ən kəsə yolla izah etsək, müəllif belə demək istəyib. Odur ki, xülaseyi- kəlam, çalışın SEVGİli olun, SEVGİsiz olmayın, yoxsa bu həyat başqa cür çəkilməz.
Və sonda...
Bayramınız mübarək, ey güruhu-niksifat!

Elvira

Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook