Türkiyə və İranda rominqdə olan “Nar” istifadəçilərinə “Full” paket bonusu

15 fevral 2018
Türkiyə və İranda rominqdə olan “Nar” istifadəçilərinə “Full” paket bonusu
13 fevral 2018-ci il tarixindən etibarən, xaricə səyahət edən “Nar” istifadəçiləri “Full” paketlərinin üstünlüklərindən daha çox faydalana biləcəklər. Belə ki, Türkiyə və ya İranda rominqdə olan “Nar” istifadəçiləri 2 GB-dək internet bonusu qazanacaqlar. Mobil rabitə bazarında unikal bir təklif olan “Full” paketlərinin əsas özəlliyi istifadə edilməyən bonusların növbəti aya keçməsidir.

Beləliklə, rominqdə olan “Full” istifadəçiləri də toplanan bonuslardan növbəti ayda istifadə etmək fürsəti qazanırlar. Bonuslardan “Full 29”, “Full 39” və ya “Full 49” paketlərindən birinə qoşulmuş abunəçilər faydalana bilərlər.

Xatırladaq ki, “Nar”-ın “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir.

Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təklif etməklə, eyni fürsətdən rominqdə olan abunəçilərin də yararlanmasını təmin etdi.

“Full” paketləri haqqında ətraflı məlumatı mobil operatorun internet səhifəsindən öyrənmək olar: https://www.nar.az/full.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.

“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbəriniz olsun

18.12.2018 - Millət vəkili çayın məcrasını dəyişdirib 50 evi su altında qoymaq istəyir – PREZİDENTƏ ŞOK ŞİKAYƏT

18.12.2018 - “AZƏRBAYCANIN NİYYƏTİNİ BAŞA DÜŞƏ BİLMİRƏM…” – General Stepanyan

18.12.2018 - “Nar” mətbuat nümayəndələrini bir araya topladı

16.12.2018 - Mübariz haqda status yazan psixoloqdan açıqlama – “Tanış bir erməni xanım var…”

16.12.2018 - Bakıda ailə dramı: Əmisi arvadı ilə 10 il eşq macərası yaşadı, qatilə çevrildi

16.12.2018 - Salome Zurabişvili and içdi, mühüm mesajlar verdi: "Əsas hədəfimizə heç nə mane ola bilməz”

16.12.2018 - Lukaşenko: “Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?”

16.12.2018 - Deputatla bağlı şok sənədlər yayıldı – Rafael Cəbrayılovun borcu əl yazısı ilə təsdiq olundu – FOTO

15.12.2018 - Deputat sərxoş olub restoranda dava saldı, mühafizə işə qarışıb

14.12.2018 - SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO

14.12.2018 - Maksim Medvedev: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək"

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

Facebook