Bakı meriyasında milyonları sol əli ilə alıb, sağ əli ilə Abutalıbova ötürən kimdir?

19 fevral 2018
Bakı meriyasında milyonları sol əli ilə alıb, sağ əli ilə Abutalıbova ötürən kimdir?
Bakı merinin aparatının “makler”liyini edən və böyük rüşvət pullarını toplayan Hacı Ramizə Abutalıbovun ən yaxın adamları himayədarlıq edir.

Bakı Şəhər İcra Hakimiyyətində uzun illərdir ki, torpaq sahələrinin satılmasında və vətəndaşlara tikinti üçün icazənin verilməsi üçün böyük bir şəbəkə fəaliyyət göstərir. Xatırladaq ki, bu şəbəkə barəsində ölkə mətbuatında dəfələrlə məlumatlar dərc olunub və son olaraq azmedia.info saytı həmin şəbəkənin makleri ilə bağlı məlumat yayımylayıb. Lakin saytın yaydığı məlumatda bir sıra dəqiqləşdirilməmiş məlumatlar da yer alıb. Məsələninin aktual olduğunu nəzərə alaraq Savash.org saytı olaraq bu məslə ətraında bəzi araşdırmalar apardıq. Öncəliklə qeyd edək ki, sözü keçən şəbəkə hər il Bakıda torpaq satışından və tikintiyə icazəninin verilməsindən100 milyondan artıq təmiz qazanc əldə edir.

Bakı meriyasında milyonları sol əli ilə alıb, sağ əli ilə Abutalıbova ötürən kimdir?Bu şəbəkə ilə bağlı Savash.org saytının topladığı məlumatlardan belə görünür ki, şəbəkəinin fəaliyyəti birbaşa Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun tam bilgisi altında baş verir. Və əslində şəbəkəyə Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatı nəzarət edir. Elə sənədlərin qəbulu və icazənin verilməsi də bu qurumda həyata keçirilir. İcra Aparatından daxil olan bütün sənədlərə isə Hacıbala Abutalıbov özü imza atır. İcra Aparatına müraciətlər və sənədlərin təqdimatı isə isə bir neçə “makler” tərəfindən həyata keçirilir. Yəni merin icra aparatı alıcılarla birbaşa təmasda olmur və bu işdə özlərinə bağlı olan vəsitəçilərdən istifadə edirlər.

Bir müddət əvvəl isə AzMedia.info saytında yayımlanan məlumatda bildirilirdi ki, Abutalıbovun icra aparatının“makler”lərindən biri və birincisi Hacı Ramiz adlı birisidir. Qeyd olunurdu ki, Hacı Ramiz torpaq və yaxud da tikinti izni almaq istəyən vətəndaşlardan aracılıq üçün 2000 min manat alır. Bakı Şəhər İcra Hakimiyyətindəki şəbəkənin pulu isə ayrıca olur. MTK-larla bağlı məsələr isə daha qəlizdir. Bu işlər üçün Bakının Mərkəzi rayonlarında torpaq və tikinti izni almaq üçün Hacı Ramizin “maklerlik haqqı” 20-40 min manat arasında dəyişir. Bəzən isə Hacı Ramiz “maklerlik” fəaliyyəti” üçün 50 min manat tələb edir. MTK-ların Bakı Şəhər İcra Hakimiyyətindəki şəbəkəyə verdikləri rüşvət pulu isə milyonlarla ölçülür.
Xatırladaq ki, adı keçən “makler hacı” haqqında müxtəlif şəxslər müxtəlif informasiyalar səsləndirirlər və bu informasiyalar bəzən bir-birini təkzib edir. Əslində bu da normal haldır. Çünki Hacı Ramiz ayrı-ayrı müştərilərinə özü haqda ayrı ayrı “əfsanələr” uydurur və bu da işin təhlükəsizliyi üçün önəmlidir.


Bakı meriyasında milyonları sol əli ilə alıb, sağ əli ilə Abutalıbova ötürən kimdir?Bakı meriyasında baş verənlərdən xəbərdar olan bir mənbənin Savash.org-a bildirdiyinə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının “makler”liyini edən və böyük rüşvət pullarını toplayan Hacı Ramizə Abutalıbovun ən yaxın adamları himayədarlıq edir. Belə ki, Hacı Ramiz evlərin tikintisi üçün alınan icazəni Hacıbala Abutalıbovun ən yaxın adamı ilə anlaşmaqla həll edir. Məlumata görə Hacı Ramizin arxasında dayanan şəxs Bakı Şəhər İcra Hakimiyyətinin aparat rəhbəriliyində ciddi vəzifə sahibidir və İddiaya görə həmin vəzifəli şəxsin paytaxt meriyasında bir çox şəxslərə “krişalıq” etməklə bərabər həm də Hacı Ramizlə çox yaxın münasibəti var.

Mənbə bildirib ki, həmin şəxs Hacıbala Abutalıbovun “sağ əli” olaraq tanınır və məhz həmin şəxsin rəhbərlik etdiyi şəbəkə sayəsində torpaq satışlarından və tikintiyə icazənin verilməsindən hər il 100 milyon manatdan artıq vəsait toplanılır. Lakin bu qədər rüşvətin toplanmasını sübut etmək heç də mümkün deyil. Çünki Abutalıbovun “sağ əli” üçüncü adamların vasitəsi ilə rüşvət toplayır və yuxarıda da qeyd olunduğu kimi, o, heç də öz “müştərisi” ilə birbaşa təmasda olmur.

Mənbə onu da bildirib ki, milyonlarla manat rüşvəti sol əli ilə üçüncü şəxslərdən alıb, sağ əli ilə Hacıbala Abutalıbova ötürən şəxsin adını açıqlamaq istəmir. Çünki hər şey özü-özündən aydındır…

Qeyd edək ki, illik təmiz gəliri 100 milyon manatdan artıq olan bu şəbəkə ilə bağlı araşdırmamız davam edir…

Orxan
Savash.org
Xəbəriniz olsun

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

14.06.2018 - Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İsp ...

14.06.2018 - Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü - ŞOK TƏFƏRRÜAT

Facebook