Bəşər Əsədin Azərbaycandan muzdlular apardığı üzə çıxdı

05 yanvar 2015
Bəşər Əsədin Azərbaycandan muzdlular apardığı üzə çıxdı
Azərbaycan vətəndaşları Suriyaya təkcə İŞİD sıralarında döyüşmək, baş kəsmək və Əbu Bəkr əl-Bağdadinin rəhbərliyi altında İslam xilafəti qurmaq üçün getmir.

Virtualaz.org saytı xəbər verir ki, Bəşər Əsəd rejimi də Azərbaycandan radikal sünni cihadçılara qarşı döyüşmək üçün muzdlular aparır.

Bu barədə məlumat İtaliyanın lettera22.it portalında yer alıb.

Sayt yazıb ki, əksər müharibələrdə muzdluların xidmətindən istifadə edirlər. Hazırda Suriya və İraqda gedən müharibədə də dünyanın müxtəlif ölkələrindən olan cihadçılar vuruşur. Onların bir çoxu ideoloji motivlərlə, bir çoxu isə qazanc üçün bu müharibəyə qoşulub. Və öz sıralarına muzdluları cəlb edən təkcə İŞİD deyil.

Bir neçə gün əvvəl məlum olub ki, Bəşər Əsəd rejimi Əfqanıstanın şiə icmasından - xəzərlərdən olan döyüşçüləri Tehranın egidası altında hazırlayır və onları sünni cihadçılara qarşı döyüşə göndərir.Londonda yerləşən Suriya İnsan Haqları Monitorinq Qrupunun məlumatına görə, İranın İnqilab Keşikçiləri Qvardiyası əfqanlara hər ay 500 dollar maaş verir.

Əfqan-şiələrin Bəşər Əsəd rejimi tərəfində vuruşmağa bir çox hallarda məcburi qaydada cəlb olunduğu bildirilir. İndiyədək əfqan muzdlulardan Suriyada yüzlərləsi öldürülüb və əsir götürülüb.

“Bu, xarici vətəndaşların pulla, yaxud məcburən Əsəd rejimi tərəfində döyüşməyə məcbur edilməsinə dair yeganə hal deyil. Azərbaycandakı yerli mənbələrin məlumatına görə, bu ölkədən bir çox gənclər Dəməşq rejimi tərəfindən sünni cihadçılara qarşı döyüşmək üçün aparılıb” - məlumatda deyilir.

Qeyd edək ki, əsasən Bakı kəndlərindən və Azərbaycanın cənub bölgələrindən gənclərin Əsəd rejimi tərəfində döyüşmək üçün Suriyaya aparıldığı haqda təsdiqlənməmiş məlumatlar yerli mediada əvvəllər də yer almışdı.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook