"Fövqəlnazir"dən cücə xahişi: FHN əməkdaşı aldığı cücələrin pulunu vermir - VİDEO

19 fevral 2018
"Fövqəlnazir"dən cücə xahişi: FHN əməkdaşı aldığı cücələrin pulunu vermir - VİDEO
Göyçay rayonu Natəvan küçəsi ev 7 A mənzil 44 sakini sahibkar Mayılova Minayə Seyidağa qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Narazı vətəndaş məmur özbaşınalığına görə sahibkarlıq fəaliyyətini dayandırmaq məcburiyyətində olduğunu bildirir. Sahibkar qadının şikayətini olduğu kimi dərc edirik.
Savash.org xəbər verir ki, M.Mayılovanın cumhuriyyet.az-a ünvanladığı məktubda deyilir: “Mən uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub vaxtlı-vaxtında dövlətə vergi ödəyirəm.Fəaliyytimdə heç bir nöqsan olmayıb.Ancaq bəzi vəzifə səlahiyyətlərindən sui-istifadə edib saxtakarlıqla məşğul olan vəzifəli şəxslər var ki, onların saxtakarlığına görə sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur olmuşam.Belə ki, Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun işçisi Qurbanov İlqar Afad oğlunun əli ilə mənim 12000 manatlıq məhsulumu satıb mənimsəmişdilər. Bu pul mənim sahibkarlıq fəaliyyətimin dayandırmağa məcbur edib. Mən cücə inkubatoru işlədirdim. Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun işçisi Qurbanov İlqar Afad oğlu məndən müqavilə əsasında 12000 manatlıq cücə götürüb Zaqatala, Qax, Baləkən və İsmayıllı rayonlarında satmışdır.
Göyçay Yanğından Mühafizə Xidmətinin əməkdaşı İlqar Qurbanov indi pulumu vermək istəmir.Səbəb kimi göstərir ki, həmin pulun çox hissəsini iş günləri növbəyə çıxmayıb rayonlarda cücə satmaq üçün rəisimiz Müşfiq Məmmədova vermişəm.Buna görə də pulum yoxdur siz pulu Müşfiq Məmmədovdan istəyin. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova müraciət edib xahiş edirəm vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənim halal 12000 manat pulumu mənimsəmiş Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun və onun işçisi Qurbanov İlqar Afad oğlunun barəsində ciddi tədbirlər görəsiniz”.
Xəbəriniz olsun

16.09.2019 - Zelenski və xanımı məktəbin həyətində dava saldılar – OĞULLARINA GÖRƏ

16.09.2019 - “SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16.09.2019 - Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

16.09.2019 - “Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı

15.09.2019 - Suriya-Türkiyə sərhədində terakt

15.09.2019 - "Qarabağ" "Neftçi"ni məğlub etdi

15.09.2019 - Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

15.09.2019 - Toyuq-cücə saxlayan Zeynalovun varidatının - Siyahısı

13.09.2019 - Milli Şura mitinq təyin etdi - PAYIZ QIMILTISI

13.09.2019 - ŞOK: “Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb

13.09.2019 - Vidadi Zeynalov: "Toyuq-cücə saxlayıram..."

13.09.2019 - Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır

13.09.2019 - Piyadaları cərimələyən polislərlə bağlı əmr

13.09.2019 - Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ

13.09.2019 - “Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13.09.2019 - Sabiq məhkəmə sədrini öldürən Ramiz Zeynalovun qohumu imiş