"Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə

22 fevral 2018
"Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə
Bakıda "Gülənçi" olan iki Türkiyə vətəndaşı fevralın 19-da məhkəmədən qaçırılıb.

Savash.org-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, 1973-cü il təvəllüdlü Ayhan Səfəroğlu barəsində 2-ci Ankara sülh Cəza Hakimliyinin 2018-ci il 5 yanvar tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışa verilib. O, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilib. A.Səfəroğlu isə həmin zaman Bakıda, Nərimanov rayonunda yaşayıb. Türkiyə dövləti Azərbaycan Baş Prokurorluğuna müraciət edərək onun saxlanılması və ekstradisiya olunmasını istəyib.

Bu müraciətə əsasən Səfəroğlu fevralın 8-də saxlanılaraq Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində 40 günlük həbs qətimkan tədbiri seçilib. Fevralın 17-də isə baş prokurorun birinci müavini Rüstəm Usubov Nərimanov rayon prokurorluğuna müraciət edərək A.Səfəroğlunun hüquq-mühafizə orqanlarının çağırışlarına gələcəyini, ölkəmizdə daimi yaşayış yerinin olmasını nəzərə alaraq onun barəsindəki həbs qətimkan tədbirinin ləğv edilməsi üçün məhkəməyə təqdimat verilməsini istəyib.

Nərimanov rayon prokuroru Vüqar Əliyev bu müraciətə əsaslanaraq məhkəməyə eyni məzmunlu təqdimat verib. Hakimi Ramin Quliyev təqdimatı təmin edərək A.Səfəroğlunun iclas zalından azadlığa buraxılmasına qərar verib. Lakin A.Səfəroğlu elə oradaca yoxa çıxıb.

Vəkili Zaur Niftəliyev "Qafqazinfo”ya açıqlamasında hadisənin necə baş verdiyini danışıb: "Məhkəmə qərarı elan edildikdən sonra Penitensiar Xidmətin nümayəndələri bizə dedilər ki, aşağıda gözləyin, Ayhanın pal-paltarı,əşyaları barədə aktlaşdırma aparılacaq, sonra özü gələcək. Biz də məhkəmənin girişində təxminən yarım saat gözlədik, Ayhanın dostlarından biri tələsik gəlib dedi ki, onu mülki maşınla apardılar. Kim, hara, niyə apardı, biz bilmədik”.

Z.Niftəliyev deyib ki, məsələ ilə bağlı Azərbaycanın dövlət qurumlarına məlumat verilib: "Bizim ehtimalımıza görə onu Dövlət Miqrasiya Xidməti əməkdaşları aparıblar. Amma müraciət etdim, onlarda olmadığı deyildi. Özüm də qanunsuz miqrantların saxlanıldığı yerə baxdım, orada yox idi. Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verdim. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən Ayhanın yoldaşını dəvət edib izahat aldılar. Amma polisdən də bir xəbər yoxdu. Bundan sonra Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə də müraciət edib bu barədə məlumat verdim. Dövlət Sərhəd Xidmətinə də sorğu verib ölkədən çıxıb-çıxmadığını soruşmuşuq”.

Vəkil bildirib ki, A.Səfəroğlu ilə birgə saxlanılan və eyni cinayətdə ittiham edilən Ərdoğan Taylan da eyni aqibətlə üzləşib: "Həmin gün onun barəsində də həbs qətimkan tədbirinin ləğv edilməsi üçün Binəqədi rayon Məhkəməsinə müraciət edilib və azadlığa buraxılan kimi yoxa çıxıb. Eyni ittihamla tutulan üçüncü bir şəxs də var, o hələ həbsdədir”.
Xəbəriniz olsun

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

14.06.2018 - Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İsp ...

14.06.2018 - Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü - ŞOK TƏFƏRRÜAT

Facebook