Baş redaktorun arvadı 18 günlük körpəni məhkəmədə qoyub gedəcəyi ilə hədələdi

27 fevral 2018
Baş redaktorun arvadı 18 günlük körpəni məhkəmədə qoyub gedəcəyi ilə hədələdi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə mərhum Bayram İsmayılovun hüquqi varisi Xəyyam İsmayılov dindirilib. O, ifadəsində göstərib ki, jurnalistlər üçün tikilən binadan ev almaq üçün atası Gündüz Hüseynova 14 min 500 manat pul verib. Amma nə ev ala biliblər, nə də pullarını geri qaytarıblar: “İş uzanmağa başladı. Zəng vururduq, zənglərimizə cavab vermir, telefonu söndürürdü. Biz də şikayət etdik. Atamın verdiyi puldan əlavə 18 min 500 manat da mən özüm vermişəm. Pulu ona notariat kontorunda vermişəm. Bunu təsdiq edən sənədi də məhkəməyə təqdim edə bilərəm".

Ötən məhkəmə iclasında zərərçəkmiş Xalidə İsmayılova da ifadəsində ev almaq üçün 42 min manat pulu Gündüz Hüseynova verdiyini deyib. Amma G.Hüseynov həmin pulu Xalidədən Xəyyamın aldığını bildirib.

X.İsmayılov bununla bağlı deyib ki, həmin puldan bir qəpik də ona çatmayıb. Proses zamanı məlum olub ki, müğənni Xəyyam İsmayılov həm də "Zaman Press" qəzətinin işçisi olub. O da atası kimi G. Hüseynovdan jurnalist vəsiqəsi alıb: "Bu işə həvəsim var idi. Həftədə bir dəfə qəzet çıxanda gedirdim. Yazıları oxuyub hərf səhvlərinə baxırdım. Sonra da satış köşklərinə gedib qəzetin satılıb-satılmadığını yoxlayırdım".

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin xanımı Yeganə Hüseynova zala daxil olub. Qucağındakı 18 günlük körpəsini göstərərək yazdığı məktubun məhkəmə tərəfindən qəbul edilməsini istəyib. Məktubun qəbul edilməyəcəyi təqdirdə uşağı məhkəmə zalına qoyaraq gedəcəyini deyib. Və az sonra körpəni məhkəmə salonuna qoyaraq zaldan çıxıb. Məhkəməyə sədrlik edən hakim bunu məhkəməyə təzyiq və şantaj kimi qiymətləndirib. Məhkəmə nəzarətçilərinin müdaxiləsindən sonra Y.Hüseynova körpəsini götürərək məhkəməni tərk edib.

İttihama görə, G.Hüseynov öz işçilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluqla almaqda ittiham olunur.

Bildirək ki, “Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb. G.Hüseynov ayrı-ayrı şəxslərə qəzetin vəsiqəsini verib. Həmin şəxslərə jurnalistlər üçün tikilən binadan ev almasına kömək edəcəyini deyib.
Xəbəriniz olsun

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

14.06.2018 - Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İsp ...

14.06.2018 - Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü - ŞOK TƏFƏRRÜAT

Facebook