Nazarbayev rus dilini rəsmən qadağan etdi – Bu gündən

01 mart 2018
Nazarbayev rus dilini rəsmən qadağan etdi – Bu gündən
Qazaxıstanda dövlət başçısı Nursultan Nazarbayevin xüsusi sərəncamı ilə bu gündən etibarən Nazirlər Kabinetinin iclaslarında rus dilindən istifadə qadağan olunub

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, iclaslar yalnız qazax dilində keçiriləcək, ehtiyacı olanlar üçün sinxron tərcümə təmin ediləcək.

Prezident Nursultan Nazarbayev Qazaxıstanda latın qrafikasının tam tətbiqi məsələsinə toxunub. O eyni zamanda qazax dilinin dövlət dili olaraq statusunun artırılmasına yönəlmiş tədbirlərin görülməsini də vacib sayıb. “Latın əlifbasının tətbiqi xalqımız üçün tarixi əhəmiyyətlidir. Eyni zamanda, qazax dilinin bütün səviyyələrdə gücləndirilməsi də vacibdir. Hesab edirəm hökumət və parlament müstəvilərində ancaq dövlət dilində danışılmalı və sənədlər də bu dildə tərtib olunmalıdır”, deyə Qazaxıstan prezidenti bildirib.

Görüşün sonunda prezident bir sıra xüsusi tapşırıqlar verib.

Qeyd edək ki, 2009-cu ildə aparılmış siyahıyaalma zamanı əhalinin yalnız 62 faizinin qazax dilində, 85 faizinin isə rus dilində oxuyub yaza bildiyi məlum olmuşdu. Lakin o vaxtdan bəri Qazaxıstanda etnik balans xeyli dəyişib. Hazırda qazaxlar ölkə əhalisinin təxminən 70, ruslar isə 20 faizini təşkil edir.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook