Azərbaycanlı kişinin hamilə arvadı niyə öldürüldü?! - (Təfərrüat)

05 yanvar 2015
Azərbaycanlı kişinin hamilə arvadı niyə öldürüldü?! - (Təfərrüat)

Yanvarın 3-də Rusiyada baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Nijeqorodsk bölməsinin rəhbəri Məmmədcamal Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, Nijni Novqorod şəhərində güllənənən hamilə qadın azərbaycanlı olmayıb.

"Onun həyat yoldaşı Rasim Quliyev azərbaycanlı idi. Kanavinsk rayonunda Akimov küçəsində yaşayan Rasim Quliyevin həyat yoldaşı Oksana Quliyeva evdə tək olub. Bu zaman onların qapı qonşusu, 49 yaşlı Vitali Denisov sərxoş halda evlərinə gəlib. Bu zaman həmin binada təmir işləri gedirmiş.

Sərxoş kişi də bundan əsəbiləşib və qapı qonşusunun evinə gedərək səs salmamağı tələb edib. Nəticədə mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən Vitali Denisov evə qayıdaraq ov tüfəngini götürüb və qonşusunun taxta qapısına bir neçə dəfə atəş açıb. Güllələrdən biri qapının arxasında dayanan Oksana Quliyevaya dəyib. Qadın hadisə yerində dünyasını dəyişib" - deyə M.Məmmədov bildirib.

M.Məmmədovun sözlərinə görə, əslində təmir işləri Vitali Denisovun düşündüyü kimi, Oksana Quliyevagildə deyil, yan qonşuda aparılırmış.

Hazırda Vitali Denisov saxlanılıb. Onun ov tüfəngini haradan əldə etməsi araşdırılır.

Əkiz övladlarının doğulmasına 10 gün qalmış qətlə yetirilən Oksana Quliyeva bu gün dəfn olunacaq.

Rusiyanın Nijni Novqorod şəhərində Azərbaycan diasporunun fəallarından olan Rasim Quliyevin həyat yoldaşı ilə 2 qız övladları olub. Uşaqlardan birinin 9, digərinin 14 yaşı var. Faktla bağlı araşdırma aparılır.
Xəbəriniz olsun

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

14.11.2017 - Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?

13.11.2017 - Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

Facebook