Zakir Fərəcovun Əli Həsənovu Sumqayıtdan “sürgün etmək” istəyinə sərt cavab: “Quyunu dərin qaz…”

04 mart 2018
Zakir Fərəcovun Əli Həsənovu Sumqayıtdan “sürgün etmək” istəyinə sərt cavab: “Quyunu dərin qaz…”
Son günlər baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun və yaxınlarının mətbuatın gündəminə gətirilməsi müşahidə olunur. Əslində Əli Həsənov və yaxınlarının işləklərinin medianın marağına səbəb olmasında hansısa qəbahət yoxdur.

Bir halda ki, Əli Həsənovun nəvəsi 250 minlik avtomobillə ağır qəza törədib, 2 nəfərin həyatına son qoyur, ardından 24 yaşlı bu gəncin milyonluq qarajının olduğu ortaya çıxırsa, mətbuatın bundan yazmasından təbii heç nə ola bilməz. Bunlar özlüyündə aydındır, amma indiki halda Əli Həsənovun medianın hədəfinə gətirilməsinin aydın olmayan tərəfləri də yox deyil.

Mövzuyla bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Əli Həsənov və yaxın ətrafının Sumqayıt şəhərində çoxsaylı ticarət və restoran şəbəkəsinə sahiblənməsi, torpaq sahələri ələ keçirməsi Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovu heç cür razı salmır, bu üzdən də icra başçısı ərki çatan media quruluşlarında komitə sədrinin “vurulması”na start verilib.

Zakir Fərəcovun Əli Həsənovu Sumqayıtdan “sürgün etmək” istəyinə sərt cavab: “Quyunu dərin qaz…” Əli Həsənovun ailə üzvlərinin Sumqayıtda yaşıllıqları məhv edərək, özlərinə restoranlar, biznes obyektləri tikdirdiklərinə dair yazılanların, mətbuata göndərilən şikayətlərin arxasında da məhz Zakir Fərəcovun dayandığını iddia edən mənbəmizin sözlərinə görə, o bununla “qaçqınkom” sədrini nəzərdə tutduğu yeni biznes layihələrini dayandırmağı hədəfləyib.

Savash.org vacib bir məqamı da xüsusilə vurğulayır ki, Əli Həsənovun Sumqayıtdakı yaşıllıqları məhv etməsinə dair informasiyaların ilkin mənbəyi olan saytlar da məhz Zakir Fərəcovla münasibətləri rəvan olan media quruluşlarıdır. Həmin informasiyalarda yaşıllıqların məhv olmasından guya Zakir Fərəcovun xəbərsiz olmasının vurğulanması da təsadüfi sayılmamalıdır.

Məlumat üçün bildirək ki, Zakir Fərəcovun özünün, yaxınlarının, ailə üzvlərinin bizneslərinin böyük hissəsi növbəylə icra başçısı işlədiyi Abşeron və Sumqayıtdadır. Zakir Fərəcov Abşeronda biznes rəqiblərini tam zərərsizləşdirə bilib, Sumqayıtda da bu yöndə son illər “böyük uğurlar”a imza atıb. Belə ki, indi “gənclik şəhəri”ndə bizneslə məşğul olanlar Zakir Fərəcovun “bayrağının altından keçməyə” məcbur edilib. Bu baxımdan Əli Həsənov istisnadır, Zakir Fərəcov isə bu qəbildən olan istisnaları heç sevmir. Görünür, bu üzdən də icra başçısı Sumqayıtda “yerini dar edən” Əli Həsənova qarşı informasiya müharibəsi elan edib.

Zakir Fərəcovun Əli Həsənovu Sumqayıtdan “sürgün etmək” istəyinə sərt cavab: “Quyunu dərin qaz…” Elə Əli Həsənovun baş verənlərlə bağlı mətbuata verdiyi açıqlama da yuxarıdakı iddianın təsdiqi anlamına gəlir: “9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də. Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar. Məsəl var: “Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”, “Nə atarsan aşına, o da çıxar qarşına”, “Sirkə nə qədər tünd olsa öz qabını çatladar”. Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir”.

Beləlilklə, Əli Həsənov son vaxtlar özünün və ailəsinin adının mətbuatda tez-tez hallandırılmasının xüsusi sifariş olduğunu iddia edib və düşməninin adınmı çəkməsə də onun kimliyini bildiyini açıq şəkildə ifadə edib. O bununla həm Zakir Fərəcovla “döyüşdən” qaçmayacağını ifadə edib, həm də yaxın zamanlarda cavab zərbəsi endirəcəyinin anonsunu verib. Bəli, həm də heç bəzəyib-düzəməyə də ehtiyac duymadan çox açıq şəkildə deyib: “Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”

Orxan
Savash.org
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook