Avropa Məhkəməsindən İlqar Məmmədovla bağlı son qərar: Azad edilsin və 10 min avro verilsin

06 mart 2018
Avropa Məhkəməsindən İlqar Məmmədovla bağlı son qərar: Azad edilsin və 10 min avro verilsin
Avropa Məhkəməsinin “ReAl” hərəkatının həbs edilmiş lideri İlqar Məmmədov barəsində ikinci iş üzrə qərarı qüvvəyə minib və üç ay ərzində icra olunmalıdır. Bunu müxalif siyasətçinin vəkili Fuad Ağayev deyib.

Qeyd edək ki, məhkəmənin 16 noyabr 2017-ci il tarixli qərarı ilə İlqar Məmmədovun ədalətli mühakimə hüququnun pozulması təsbit edilmiş (İnsan Haqları haqqında Konvensiyanın 6-cı maddəsi), 7 il müddətinə azadlıqdan məhrum edilmə qərarı isə faktiki olaraq əsassız hesab olunmuşdu.

Avropa Məhkəməsinin bu qərarından həm Azərbaycan hökuməti, həm də İlqar Məmmədovun özü şikayət vermişdi. Müxalif siyasətçi tələb edirdi ki, 6-cı maddə ilə birlikdə Konvensiyanın 18-ci maddəsinin də pozulması təsbit edilsin, Azərbaycan hökuməti isə iddia edirdi ki, İlqar Məımmədovun barəsində Konvensiyanın 6-cı maddəsi pozulmayıb.

Bu gün Avropa Məhkəməsinin Böyük palatasının 5 hakimdən ibarət kollegiyası hər iki şikayəti rədd edib vıə bununla da 16 noyabr 2017-ci il tarixli qərar 3 ay müddətində icra olunmalıdır.

Faktiki olaraq, bu, o deməkdir ki, İlqar Məmmədovun barəsində qərar ləğv edilməli, o, azadlığa buraxılmalı və 10 min avro məbləğində kompensasiya ödənilməlidir.

virtualaz.org
Xəbəriniz olsun

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

14.06.2018 - Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İsp ...

14.06.2018 - Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü - ŞOK TƏFƏRRÜAT

Facebook