“Qarabağ”ın baş məşqçisinin qardaşı həbs olundu – ŞOK SƏBƏB

15 mart 2018
“Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşı Vahib Xudadatov həbs olunub. Apasport.az saytının məlumatına görə, o, cinayət məsuliyyətinə cəlb edilib.

“Qarabağ”ın baş məşqçisinin qardaşı həbs olundu – ŞOK SƏBƏBSəbəb Xudadatovun vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqədə olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməsidi.

Məlumatı əməkdaşımızla söhbətində Elşad Xudadatov da təsdiqləyib. O, qardaşının belə bir əmələ əl atdığına inanmadığını bildirib: “Bəli, Vahib mənim qardaşımdı. Açığı, özüm də bilmirəm ki, niyə həbs olunub. Qardaşımla ayda bir dəfə görüşək, ya görüşməyək. Vahibin bir avtomobili var, taksi sürücüsü idi. Ailəsi yanına gedib. Hazırda harda olduğundan xəbərim yoxdu”.

Qeyd edək ki, insan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan, Azərbaycan vətəndaşlarını asılı vəziyyətə salıb qanunsuz tələblər irəli sürən, insanları orqanlarının transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət işi başlanılaraq araşdırmalar aparılır.

DTX-nın İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Vahid Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
Xəbəriniz olsun

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

20.07.2018 - “Zapravka”nı soyan şəxs: “Həmin pulla kirayə haqqımı ödədim”

20.07.2018 - Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İYRƏNC ÜSUL

19.07.2018 - SAHİBKARLAR ZAKİR FƏRƏCOVDAN ŞİKAYƏTÇİDİR – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…” + FOTOLAR

19.07.2018 - Havanın temperaturu enəcək: güclü külək, şimşək, leysan və dolu gözlənilir

19.07.2018 - Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya

19.07.2018 - Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19.07.2018 - “1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın – 13+VİDEO

19.07.2018 - İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu

Facebook