Bakıda qəribə köç: İcra hakimiyyəti 27 ailəni necə “yoxa çıxardı”?

16 mart 2018
Bakıda qəribə köç: İcra hakimiyyəti 27 ailəni necə “yoxa çıxardı”?
Bir müddət əvvəl paytaxtın Babək prospekti 87 ünvanında yerləşən 1 saylı yataqxananın sakinlərinin vəziyyəti haqqında yazı hazırlamışdıq

Yataqxanada 112 məcburi köçkün və qaçqın, şəhid ailəsinin yaşadığını qeyd etmişdik.

Sakinlərin dediyinə görə, 2 dəfə – 2014 və 2016-cı illərdə bina qəzalı elan edilib. 2017-ci ildə isə, Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintiyə Nəzarət Agentliyi tərəfindən binaya bərpa-gücləndirilmə aktı yazılıb.

Artıq 10 günə yaxındır ki, həmin ünvandakı sakinlər köçürülür və onlara kompensasiya ödənilir.

Sakinlər sputnik.az-a bildiriblər ki, bina qəzalı vəziyyətdə olduğuna görə, onun sökülməsinə qərar verilib və oradan köçürülən ailələrə kompensasiya ödənilib.

Bakıda qəribə köç: İcra hakimiyyəti 27 ailəni necə “yoxa çıxardı”?Bununla yanaşı, yataqxanada məskunlaşmış 112 ailədən 27-nə kompensasiya verilməyib. Nədənsə, Nizami Rayon İcra Hakimiyyətində (RİH) hesab edirlər ki, həmin ailələr heç vaxt burada yaşamayıb.

Bina sakini Ərkinaz Ağayeva deyir ki, yataqxanada 112 otaq var və onlardan 54-ü qaçqın ailələrinə aiddir: “Qalanı “kupça”lı otaqlardır. Bəli, burada özünə əlavə otaqlar düzəldənlər də var. Onların hamısına pul verilib, çıxarılıb. Amma 54 məcbur köçkün ailəsindən 27-nə kompensasiya verilir, digər 27 ailəyə isə nə ev, nə də pul verilir. Halbuki, onların otaqları nömrəlidir”.

“Bunu Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri də yoxlayıblar. Gəliblər, qeydiyyat aparıblar, guya araşdırıblar ki, kim burada yaşayır, kim yaşamır. Burada yaşayan insanları çıxarıb, çölə tökmək istəyirlər” — Ə.Ağayeva bildirir.

Fizuli rayon köçkünü Sona Sadıqova 1993-cü ildən bu binada yaşadığını diqqətə çatdırır: “Amma bu gün Nizami Rayon İcra Hakimiyyətindən mənə dedilər ki, “sən bu binada yaşamamısan”. Necə olur, illərlə MİS mənə arayış verib, ünvanım bura olub. 5 nömrəli otaqda yaşamışam. İndi deyirlər ki, “yox, sən bu binanın sakini deyilsən”.

Bakıda qəribə köç: İcra hakimiyyəti 27 ailəni necə “yoxa çıxardı”?Sakinlərin binadan çıxarılması prosesində Nizami RİH-in adını çəkməyən bir əməkdaşı da vardı. Məsələ ilə bağlı onun fikirlərini öyrənmək istəsək də, heç bir açıqlama vermədi. Bundan əlavə, Nizami RİH-in İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. İstənilən halda, qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
Xəbəriniz olsun

18.12.2018 - Millət vəkili çayın məcrasını dəyişdirib 50 evi su altında qoymaq istəyir – PREZİDENTƏ ŞOK ŞİKAYƏT

18.12.2018 - “AZƏRBAYCANIN NİYYƏTİNİ BAŞA DÜŞƏ BİLMİRƏM…” – General Stepanyan

18.12.2018 - “Nar” mətbuat nümayəndələrini bir araya topladı

16.12.2018 - Mübariz haqda status yazan psixoloqdan açıqlama – “Tanış bir erməni xanım var…”

16.12.2018 - Bakıda ailə dramı: Əmisi arvadı ilə 10 il eşq macərası yaşadı, qatilə çevrildi

16.12.2018 - Salome Zurabişvili and içdi, mühüm mesajlar verdi: "Əsas hədəfimizə heç nə mane ola bilməz”

16.12.2018 - Lukaşenko: “Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?”

16.12.2018 - Deputatla bağlı şok sənədlər yayıldı – Rafael Cəbrayılovun borcu əl yazısı ilə təsdiq olundu – FOTO

15.12.2018 - Deputat sərxoş olub restoranda dava saldı, mühafizə işə qarışıb

14.12.2018 - SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO

14.12.2018 - Maksim Medvedev: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək"

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

Facebook