Türkiyənin baş naziri öz təsbehini Qarabağ qazisinə bağışladı

16 mart 2018
Türkiyənin baş naziri öz təsbehini Qarabağ qazisinə bağışladı
Qarabağ müharibəsində gözünü və ayağını itirən Azərbaycan qazisi kapitan Kamil Musəvi Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, 6-cı Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana gələn baş nazirlə qazi arasında səmimi söhbət olub.

B.Yıldırım Qarabağ müharibəsində ayağını və gözünü necə itirdiyini izah edən Musaviyə əzmindən və iddiasından heç bir şey itirmədiyini söyləyib. Qazinin "ayaqsız və gözsüz yaşamaq mümkün olsa da, vətənsiz yaşamaq mümkün deyil" sözləri baş naziri duyğulandırıb.

Kamil Müsəvinin Türkiyənin "Zeytun budağı" əməliyyatı haqqında hazırladığı videonu izlədiyini deyən Yıldırım "İnşallah, Qarabağ da bir gün düşmənlərdən təmizlənər" ifadələrini işlədib.

Kapitan Müsəvi söhbət əsnasında kitablardan oxuduğu Çanaqqala savaşında türk və fransız əsgəri arasında yaşanan hadisəni xatırlayıb:

Çanaqqala savaşı zamanı bir türk əsgəri paltarını cıraraq yaralı olan fransız əsgərinin yarasını sarıdı. Türk əsgəri bildirmişdi ki, onun cibindən qadın şəkili düşdüyünü görüb. "Anasının şəkli olduğunu düşündüm. Onun gözləyəni var idi. Mənim isə yox. Ona görə həmin əsgərə kömək etdim" sözlərini xatırladıb.

Qazi davam edərək bildirib ki, fransız generallarından biri hərb tarixində belə bir hadisənin analoqunun olmadığını deyib.

Görüşdən sonra baş nazir qazi Müsəviyə Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu lövhə və öz təsbehini hədiyyə edib.
Xəbəriniz olsun

18.12.2018 - Millət vəkili çayın məcrasını dəyişdirib 50 evi su altında qoymaq istəyir – PREZİDENTƏ ŞOK ŞİKAYƏT

18.12.2018 - “AZƏRBAYCANIN NİYYƏTİNİ BAŞA DÜŞƏ BİLMİRƏM…” – General Stepanyan

18.12.2018 - “Nar” mətbuat nümayəndələrini bir araya topladı

16.12.2018 - Mübariz haqda status yazan psixoloqdan açıqlama – “Tanış bir erməni xanım var…”

16.12.2018 - Bakıda ailə dramı: Əmisi arvadı ilə 10 il eşq macərası yaşadı, qatilə çevrildi

16.12.2018 - Salome Zurabişvili and içdi, mühüm mesajlar verdi: "Əsas hədəfimizə heç nə mane ola bilməz”

16.12.2018 - Lukaşenko: “Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?”

16.12.2018 - Deputatla bağlı şok sənədlər yayıldı – Rafael Cəbrayılovun borcu əl yazısı ilə təsdiq olundu – FOTO

15.12.2018 - Deputat sərxoş olub restoranda dava saldı, mühafizə işə qarışıb

14.12.2018 - SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO

14.12.2018 - Maksim Medvedev: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək"

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

Facebook