Paşazadənin Çexiyadaki villasının yeni görüntüləri yayıldı – VİDEO

16 mart 2018
Paşazadənin Çexiyadaki villasının yeni görüntüləri yayıldı – VİDEO
Bloger Tural Sadıqlı Çexiyanın Karlovı Varı kurort şəhərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və qardaşı Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus yaşayış binaları komplseksini aşkar etdiyini iddia edir.

Bloger Karlovı Varı şəhərində Paşazadələrə məxusus olmasını iddia etsiyi kompleksin qarşısında apardığı video çəkilişi facebook və youtube şəbəkələrində yayıb.

Paşazadənin Çexiyadaki villasının yeni görüntüləri yayıldı – VİDEO"Karlovı Varı şəhərində Allahşükür Paşazadə və qardaşına məxsus uzunluğu 200-250 metr olan yaşayış kompleskində yüzədək mənzil var. Yaşayış kompleksi şəhərin ən çox turist cəlb edən bahalı Libusina 2120/21 (Karlovy Vary Libušina 2120/21) ünvanında, İmperial otelinin yaxınlığındadır. Bu rayonda Hollivud ulduzları da qalır”.

Bloger həmçinin binanın giriş qapısında liftin düyməsinin üzərində "Allahşükür Paşzadə” yazılmış lövhəni də çəkib. Onun sözlərinə görə, binadakı mənzillərdə əsasən rus ailələri yaşayır.

"Allahşükür Paşazadə və onun Milli Məclisin deputatı olan qardaşı Cavanşir Paşazadənin maaşı ilə bu qədər bahalı mülkə sahib olmaq mümkündürmü?” o hökumətdən sual edir.

Blogerin yaydığı videoreportajla bağlı Qafqaz Müsəlmanları İdarəsindən şərh almaq mümkün olmayıb.

Bir neçə ay öncə də mediada Allahşükür Paşazadə və qardaşı Cavanşir Paşazadənin Karlovı Varıdakı mülkləri barə məlumatlar dərc olunub/Unikal.org.
Xəbəriniz olsun

25.04.2018 - Ermənistanda inqilab: Putin nəhayət işə qarışdı

25.04.2018 - “TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!

25.04.2018 - Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı

25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı

25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu

25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

Facebook