Mark Zukerberq: “Səhv etdik”

23 mart 2018
Mark Zukerberq: “Səhv etdik”
“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq 50 milyon istifadəçinin məlumatlarının “Cambridge Analytica” şirkəti tərəfindən əldə edilməsi ilə bağlı xəbər üzə çıxdıqdan sonra açıqlama verib.
“Ölkə.Az” xəbər verir ki, Zukerberq ilk açıqlamasında “Səhv etdik” deyib.
Zukerberqin yazılı açıqlamasında etdikləri səhvlərin, istifadəçilərin şəxsi məlumatlarının analiz şirkətinin əlinə keçməsinə səbəb olduğunu qeyd edib: “Məlumatlarınızı qorumaq məsuliyyəti bizə aiddir. Əgər bunu edə bilmiriksə, deməli sizə layiq deyilik”.
Açıqlamada bundan başqa deyilir:
“Tam olaraq nə baş verdiyini anlamaq və yenidən baş verməsinin qarşısını anlamaq üçün nələr etmək lazım olduğunu incələyirdim. Yaxşı xəbər odur ki, bunun qarşısını almaq üçün lazım olan addımlar illər əvvəl atılıb. Amma yenə də səhvə yol verdik”.
Zukerberq qeyd edib ki, məlumatları əldə etmək üçün “Facebook”da fərdi test tətbiq edən və bu məlumatları sonra “Cambridge Analytica” şirkətinə verən akademik Aleksandr Koqanın əməllərindən “Guardian” qəzeti vasitəsilə xəbər tutub. İstifadəçilərin icazəsi olmadan şəxsi məlumatların paylaşılması şirkət siyasətinə ziddir.
Mark akademikin sosial şəbəkə ilə əlaqəsini kəsib. Şirkətdən isə məlumatların silinməsini xahiş edib. Amma şirkət məlumatları silməyib.
“Aleksandr Koqan, “Cambridge Analytica” və “Facebook” arasında etibardan sui-istifadə edilib”, – deyə Mark bildirib.
Açıqlamada “Facebook”un atacağı addımlar sıralanıb:
1.Sosial platformanın 2014-cü ildə “məlumat əldə edilməsinə məhdudiyyət” tətbiq edilmədən əvvəl geniş çaplı məlumatlara girişi olan bütün tətbiqlərin incələnməsi;
2.Şübhəli fəaliyyətlər etdiyi düşünülən tətbiqlərin nəzarətə götürülməsi;
3.Nəzarəti qəbul etməyən tətbiqlərin qadağan edilməsi;
4.Şəxsi məlumatları üsulsuz şəkildə istifadə edən tətbiqlərin qadağan edilməsi və bundan təsirlənən bütün istifadəçilərin xəbərdar edilməsi.
Zukerberq gələcəkdə bu addımları da atacaq:
1.Eyni halın təkrarlanmaması üçün tətbiqlərin məlumat əldə etmə xüsusiyyətini ləğv etmək;
2.Fərdlərin 3 ay istifadə etmədiyi tətbiqlərə istifadəçi məlumatlarına girişi bağlamaq;
3.Tətbiqlərə qeydiyyatdan keçəndə ad, foto, e-poçt ünvanından başqa digər məlumatları qadağan etmək;
4.Tətbiqlərə istifadəçi icazəsini məcburi qaydada tətbiq etmək və şəxsi paylaşımlara digər şəxsi məlumatlara giriş haqqı üçün müqavilə imzalatmaq.
Xəbəriniz olsun

18.09.2018 - İlham Əliyev: "Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir"

18.09.2018 - Putin Ermənistanda Köçəryan və Sarkisyanla görüşəcək

18.09.2018 - “Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

18.09.2018 - Azərbaycanda direktorla müəllimlər saçyolduya çıxdılar – Video

18.09.2018 - İranda Xəzər dənizinin adını dəyişirlər

18.09.2018 - Qardaşlarının yanında kişi ilə yatdı, videoya çəkdi, sonra... - Ağcabədidə AĞLASIĞMAZ DƏHŞƏT

18.09.2018 - Ata və oğul birləşib idmançını öldürdü – Sumqayıtdakı qətlin təfərrüatı

18.09.2018 - Baş redaktor tanımadığı şəxs tərəfindən təhdid olunur-FOTO

18.09.2018 - Hikmət Hacıyev PA-da yüksək vəzifəyə təyin olundu

17.09.2018 - Soçidə Ərdoğan-Putin görüşü başa çatdı

17.09.2018 - Prezidentin mətbuat katibi: İlham Əliyevin oğlu haqda Paşinyanın sözləri axmaqlıqdır

17.09.2018 - Kamaləddin Heydərov yatağa düşdü, xaricə apardılar: Paradda bu səbəbdən iştirak etməyibmiş...

17.09.2018 - Başçı işçisinin qızını söydü, əri gəldi, dava düşdü- Beyləqanda

Facebook