Taleh Qaraşovun bataqlığa çevrilən Lənkəranı... - VİDEO

28 mart 2018
Taleh Qaraşovun bataqlığa çevrilən Lənkəranı... - VİDEO
Lənkəranın H.Abdullayev küçəsinin yolları Pantanal bataqlığına oxşayır. Paraqvayla Boliviya arasında yerləşən dünyanın ən böyük bataqlığından seçilməyən sözügedən məhəllənin yolları yay-qış su içində, çala-çuxur, keçilməz, bərbad bir vəziyyətdədir.

► İH nazirliyin üstünə atır

AzEuroNews.com-a danışan sakinlərin sözlərinə görə, onların yaşadıqları binalar hərbi şəhərcik yerləşir və Müdafiə Nazirliyinin balansındadır.

Lənkəran Şəhər İcra Hakimiyyəti isə yolların asfaltlanması məsuliyyətini üzərindən ataraq bu binaların nazirliyin balansında olduğunu söyləyir.

Belədə, dövlət qurumlarının arasında qalan sakinlərin nə yolları düzəlir, nə su ilə dolmuş, üfunət iyi verən binaların zirzəmiləri təmizlənir.

“Bu yolu özünüz görürsünüz. Nə uşaqların oynaması üçün şərait var, nə xeyir-şər düşəndə yol var. Müraciət eləmədiyimiz orqan qalmayıb.

İcra başçısına da şikayət eləmişik. İcra Hakimiyyətindən deyirlər ki, bizlik deyil, binalar Müdafiə Nazirliyinin balansındadır. Yaxşı, bəs biz hara gedək? Bizim də yaşamaq hüququmuz var”,-deyə şikayət edirlər.

Hərbi şəhərciyin həyətində 5 bina yerləşir. Bu binaların qarşısında keçilməli bir qarış asfalt qalmayıb. Sakinlər nazirliyə də müraciət ediblər ki, bəlkə köməklik göstərilə.

► Bu nə ayrı-seçkilik?

Di gəl ki, sakinlərin səsinə səs verən yoxdur. Sakinlər bildirirlər ki, bu ərazi Lənkəran şəhərinə məxsusdur, nazirlik özü ilə gətirməyib:

“İcra Hakimiyyətinə büdcədən vəsait ayrılır ki, şəhərin mərkəzi və ara yolları asfaltlansın. Ancaq bir maşın asfalt tökməyiblər ki, gediş-gəliş düzəlsin, uşaqlara topla oynaya bilsinlər, binalara sular dolmasın. Bəs həmin vəsaitlər hara sərf olunub?

Bəyəm o pulu ayıranda deyirlər ki, Lənkəranın hansı ərazisində 4-5 bina Müdafiə Nazirliyinin balansındadırsa, o camaatın yolunu düzəltməyin?

Biz də bu şəhərin sakinləyirik, yerli adamlarıq, vergi ödəyirik, kommunal ödənişlər edirik, seçkilərdə səs veririk. O halda bu nə ayrı-seçkilikdir?”

Sakinlər deyirlər ki, qabaqdan seçkilər gəlir, prezidentə səs verilməsinə çağırışlar olunur.

Onda Lənkəran ŞİH hakimiyyətin icraedici bir orqanı, bir qolu olaraq prezidentə dəstək üçün vətəndaşların sosial problemlərini həll etməlidir.

Qeyd edək ki, Hesablama Palatası 2013-2016-cı illərdə Lənkəranın daxili avtomobil yollarının əsaslı təmirinə, Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və yağan leysan yağışları nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işləri üzrə istifadə olunan ümumilikdə 61604,5 min manat vəsaitin auditini aparmışdı.

Və ciddi nöqsanlar aşkarlamışdı. 2015-ci ildə isə büdcədən yolların təmirinə 4 milyon manat ayrılıb.
Xəbəriniz olsun

16.08.2018 - “Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

16.08.2018 - 4 nəfər eyni anda intihara əl atdı - Bakıda şok olay

15.08.2018 - Azərbaycanda benzin bu gecə bahalaşacaq: ŞOK GÖZLƏNTİ

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

Facebook