Azərbaycan DİN adından kiberdələduzluq – Cinayətkarların izi hara çıxır? + FAKTLAR

28 mart 2018
Azərbaycan DİN adından kiberdələduzluq – Cinayətkarların izi hara çıxır? + FAKTLAR
Azərbaycanda vətəndaşların mobil telefonlarına müdaxilə yolu ilə Daxili İşlər Nazirliyinin adından törədilən kiberdələduzluq əməlinin hansı ölkə üzərindən və necə həyata keçirildiyinin üstü açılıb.

Strateq.az xəbər verir ki, 200-dək vətəndaşımızın DİN-in "102" Xidməti-Zəng Mərkəzinə müraciətindən sonra hüquq-mühafizə orqanlarının başladığı ilkin araşdırmalara görə, bir qrup kiberdələduz xüsusi olaraq virus-proqramların yayılması üçün Rusiya ərazisində "www. police-azerbaijan.pw” adlı sayt açaraq, Azərbaycanda vətəndaşların mobil telefonlarına müdaxilə yoluyla Daxili İşlər Nazirliyinin adından xüsusi bildirişlər göndərməklə, onlardan pul tələb edirmişlər.

Vətəndaşlara Daxili İşlər Nazirliyinin adından göndərilən bu bildirişlərdə qeyd olunurmuş ki, onlar pornoqrafik məzmunlu saytlara girdikləri üçün 80-120 manat məbləğində cərimə olunublar və telefonlarının bloklanmaması üçün mütləq "Yandex.money”, "Webmoney” və "Qivi” virtual pul kisələrinə terminallar vasitəsiylə cərimələri ödəməlidirlər.

Üstəlik, bildiriş göndərilən vətəndaşlar onunla təhdid edilirmiş ki, əgər cərimənin ödənilməsindən imtina etsələr və yaxud cəriməni ödəmədən bloklanmanı açmağa cəhd göstərsələr, dərhal həbs olunmaları üçün yaşayış yerlərinə əməliyyat qrupu göndəriləcək.

Azərbaycan DİN-inin müvafiq qurumlarının apardıqları ilkin əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, kiber dələduzlar Rusiyanın Voronej şəhərində qeydiyyatda olan Valeriya Dolbilovanın adına "www. police-azerbaijan.pw” adlı sayt qeydiyyatdan keçirərək, məhz bu sayt üzərindən telefonlara kütləvi şəkildə virus-proqramlar daxil etməklə, belə bir cinayət əməlinə qol qoyublar.

Dövlət qurumunun adından törədilmiş bu cinayət əməlinin iştirakçılarının həbsi üçün artıq Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Daxili İşlər Nazirliyinin müvafiq qurumlarıyla birgə iş apardıqları, aidiyyəti sorğu və sənədlərin Rusiya DİN-nə təqdim edildiyi də bildirilir.
Xəbəriniz olsun

12.12.2019 - Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə

12.12.2019 - Zakir Fərəcovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ

12.12.2019 - Fəzail Ağamalı xidməti tapançasından danışdı: "BİR GÜLLƏ DƏ ATMADIM..."

12.12.2019 - İlqar Məmmədovun hamıdan gizlətdiyi 20 yaşlı namizəd kimdir?

12.12.2019 - “Həmin vaxt çantamda silah gəzdirirdim” - Brilliant Dadaşovadan etiraf

12.12.2019 - Pensiyalarla bağlı YENİ XƏBƏR - Bu aydan etibarən...

12.12.2019 - “Söhbət Xoşqədəmdən gedirsə, xoşməramlı heç nə ola bilməz” – “Agent” ifşa olundu

12.12.2019 - Əhməd Əhmədzadə və Əsabil Qasımov öz oğullarını deputat seçdirmək istəyirlər…

12.12.2019 - “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!

12.12.2019 - "Guya Milli Şura seçkidə iştirak etməsə..." - YAP-dan ƏSƏBİ REAKSİYA

12.12.2019 - Polis Lotu Qulinin planını belə pozdu - "Sxodka" baş tutmadı

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - “Mən siyasətdən ayrılmamışdım ki...” – İsa Qəmbər seçkiyə niyə qatıldı?

12.12.2019 - YAP-ın "ən məşhur" deputatı seçkiyə buraxılmadı

12.12.2019 - Burda nə var ki? - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri