Bərdəli məmurun oğlu “avtoşluğunu” davam etdirir

06 yanvar 2015
Bərdəli məmurun oğlu “avtoşluğunu” davam etdirirBərdənin icra başçısı Vidadi Isayevin müavini Ilham Məmmədovun oğlu Nicat Məmmədov yenə də avtoşluq edir. Bu barədə məlumat redaksiyamıza Bərdədən daxil olub.

Xatırladaq ki, ötən ilin aprelində Bakının Zığ şossesində (aeroport yolu) iki avtomobilin həddən artıq yüksək sürətlə yarışa çıxdığını əks etdirən video yayıldı. Araşdırma nəticəsində məlum oldu ki, avtomobillərdən birinin sahibi Yevlax gömrüyü rəisinin oğlu, DIN-də işləyən Tural Həsənovdur. Gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edildi və polis sıralarından qovuldu. Ikinci sürücü Nicat Məmmədov idi. O zaman Ilham Məmmədovun işdən çıxarıldığı söylənilirdi.

Bu hadisədən 6 ay sonra, yəni, 2014-cü ilin oktyabrında Nicat Məmmədovun idarə etdiyi “Mercedes” markalı maşın Bərdənin mərkəzi küçələrindən birində - 6 saylı məktəbin qarşısında hərəkətdə olan “VAZ 21 015" markalı avtomobili arxadan vurub. Hadisəyə səbəb Nicat Məmmədovun maşını yüksək sürətlə idarə etməsi olub.

Qəza zamanı hər iki avtomobil tamamilə yararsız vəziyyətə düşüb."VAZ 21 015"in sürücüsü yüngül xəsarət alıb.

Lakin bu hadisələrdən sonra da Nicat Məmmədov “avtoşluğuna” ara verməyib. Məlumatlarda deyilir ki, indi məmur oğlu “Rang Rover” markalı avtomobillə “avtoş”luq edir. Bərdədə də hər kəs onu “avtoş” kimi tanıyır. Lakin Ilham Məmmədova görə yerli polislər Nicat Məmmədovun hərəkətlərinə göz yumur.
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook