Bakıda süpürgəçi qadını "KamAZ"la vurub öldürdülər

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu hadisə martın 27-də baş verib. Yolu süpürən Cəmilə Salahova Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayevin idarə etdiyi “KamAZ” markalı yük maşını ilə vurulub və hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.
* * *16:28
Bakıda naməlum avtomobil Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin daha bir işçisini vurub öldürüb. Virtualaz.org xəbər verir ki, hadisənin fotosu sosial şəbəkələrdə yayılıb. Hadisəni törədən avtomobil və sürücü ilə bağlı heç bir məlumat verilmir.
Fotodan görünür ki, hadisə Sabunçu rayonunda, Heydər Əliyev prospektində yerləşən Sabunçu körpüsünün üzərində baş verib.
Xatırladaq ki, daha əvvəl də süpürgəçilərin yol süpürərkən avtomobillə vurulub öldürülmə hallarına təsadüf edilib. Bu isə ondan irəli gəlir ki, həmin işçilər həyatlarını riskə ataraq sürət həddi 120 km saat müəyyən edilən yolları təmizləməyə məcbur edilirlər. Əslində belə yollar dünyanın əksər ölkələrində xüsusi texnika ilə təmizlənir.
25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi
25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı
25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu
25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR
24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?
24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı
24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama
24.04.2018 - MSK üzvləri mükafatlandırılır
24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək
24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO
23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”
23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub
23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR