İcra başçısı şəhidə başdaşı düzəltmək adı ilə rayonda pul yığıb – ŞƏHİD ATASI ŞOK FAKTLAR AÇIQLADI

02 aprel 2018
İcra başçısı şəhidə başdaşı düzəltmək adı ilə rayonda pul yığıb – ŞƏHİD ATASI ŞOK FAKTLAR AÇIQLADI
Zərdab rayonu Böyükdəkkə kənd sakini, şəhid atası Abdullayev Rasim Tapdıq oğlu tərəfindən Savash.org-un redaksiyasına şikayət məktubu daxil olub. Oxuduqca dəhşətə gələcəyiniz həmin şikayət məktubunu sizə təqdim edirik.

Şəhid atası bildirir ki, ailənin yeganə övladı olan oğlu Nurlan 05 aprel 2016-cı il tarixində Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Ata məktubunda oğlunun ölümündən daha çox, Zərdab rayon icra başçısı Lütvəli Babayevin onun ailəsinə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlərdən sarsıldığını yazır:

“Oğlum Nurlanın yas mərasimini yola vermək üçün Zərdab rayon hərbi komissarı bizim ailəyə 500 manat pul vermişdi.Həmin pulu icra başçısı məndən aldı ki, oğluna qəbir daşı düzəltdirirəm, pulu ora xərcləyəcəm. Amma sonradan bildik ki, icra başçısı şəhid Nurlanın qəbir daşının düzəltdirilməsi adı ilə rayonda bütün idarə müəssisələrdən pul yığıb və çox hissəsini də özü mənimsəyib. Bundan başqa icra başçsı mənim başıma qaxınc edir ki, sizə daha nə köməklik edəcəm, oğlunun meytini ekspertizada yarmağa mən qoymadım ki, bunun qiyməti 3000 manat edir”.

Özünün də Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirən şəhid atası daha sonra bunları bildirib: “Evimiz çiy kərpicdəndir.Kasıb yoxsul komamızın təmirinə ehtiyac olsa da köməlkilik edən yoxdur.Bizim ailənin yaşayışını görən olsa dəhşətə gələr Böyükdəkkə kənd orta məktəbinə oğlum şəhid Nurlanın adının verilməsini istəyirik.Çünki oğlum həmin məktəbdə oxuyub.İstəyirəm ki, şəhid oğlumun adı əbədiləşdirilsin.Zərdab rayon icra başçısı Lütvəli Babayev bu xahişimizi də rədd etdi.Lütvəli Babayev bizə düşmən gözü ilə baxır.O, hətta şəhid oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı.Çünki onu nə vətən, nə dövlət, nədə ki, şəhid maraqlandırmır.Bu adamın amalı ancaq kapital toplamaqdır. Bütün bu haqsızlığa, şəraitsizliyə baxmayaraq oğlumun şəhid olması ilə fəxr edirəm.Lütvəli Babayev zərdablıların xatirində talançı, anormal icra başçısı kimi qalsa da, mənim oğlum şəhid Nurlan Azərbaycan xalqının xatirində əbədi yaşayacaq.Biz bununla fəxr edib qürur duyuruq”.

Sonda mətbuat vasitəsilə ölkə prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən şəhid atası qarşılaşdığı haqsızlıqlara son qoyulmasını xahiş edir:

“Şəhidin adının əbədiləşdirilməsi üçün Böyükdəkkə kənd orta məktəbinə oğlum Nurlanın adının verilməsini xahiş edirəm.05 aprel 2018-ci il tarixdə Nurlanın şəhid olmasının ikinci ildönümünə bütün mətbuat nümayəndələrini dəvət edirəm.Xahiş edirəm gəlin şəhid Nurlanın valideyinlərinin yaşayışına baxın.Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm”.

Orxan Həsənli
Savash.org
Xəbəriniz olsun

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

Facebook