Bakıda sərnişin mikroavtobusu aşdı: yaralılar var – FOTO

03 aprel 2018
Bakıda sərnişin mikroavtobusu aşdı: yaralılar var – FOTO
Bakının Nəsimi rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Kövkəb Səfərəliyeva və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisəyə 1986-cı il təvəllüdlü Astara rayon sakini Məmmədov Hafiz Naib oğlunun “Mercedes” markalı avtomobil ilə işıqforu qırmızı işıqda keçməsi səbəb olub. Onun yüksək sürətlə hərəkətdə olan maşını 28 May küçəsindən gələn “Mercedes” markalı sərnişin mikroavtobusuna çırpılıb.

Bakıda sərnişin mikroavtobusu aşdı: yaralılar var – FOTONəticədə mikroavtobus aşıb, içərisində olan 6 sərnişindən 3-ü yüngül bədən xəsarətləri alıb.

Mikroavtobus şirkət maşını olub və işçiləri daşıyırmış.

Hadisə ilə əlaqədar əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook