Mərhum bəstəkarın həyat yoldaşı Flora Kərimovaya əsəbləşdi: “Bir qarın çörəyə görə...”

03 aprel 2018
Mərhum bəstəkarın həyat yoldaşı Flora Kərimovaya əsəbləşdi: “Bir qarın çörəyə görə...”
Əməkdar incəsənət xadimi, mərhum bəstəkar Tahir Əkbərin həyat yoldaşı xalq artisti Flora Kərimovaya əsəbləşib.

O, Flora Kərimovanın ailəsi haqqında cəmiyyətdə yanlış məlumatlar yaydığını bildirib:

"Ailəmizi diqqətdə saxlayanlar da sağ olsun, saxlamayanlar da. Sənət adamları, sizdən xahiş edirəm evimizə baş sağlığına gəlib-getdikdən sonra heç olmasa, ailəmizdə gördüyünüz vəziyyəti yalnış formada insanlara çatdırmayın. Biz sənətkar ailəsiyik, yetərincə qohumlarım və ətrafımızda bizə sadiq olan dotlarımız var. Biz niyə yiyəsiz oluruq ki? Allaha şükür acından ölmürük ki. Görəsən biz özümüzü necə göstərdik ki, sizin bizə yazığınız gəldi? Axı biz heç kəsin qarşısında əl acıb özümüzü yazıq, dilənci simasında göstərməmişik. Düzdür, Tahir müəllim rəhmətə getdi və ömürlük gözümüzü yaşlı qoydu. Amma bizi küçələrdə əl açıb dilənçi vəziyyətinə salmadı axı. Çox şükür övladımıza ən ali universitetlərin birində təhsil verdi. Əlbəttə ki, Tahir müəllim sənətkar idi, biznesmen deyildi. Onun müalicəsi üçün bir daha sağ olsunlar kömək edənlər, bizə yaxından dəstək oldular. Amma biz heç kəsin qarşısında bir qarın çörəyə görə nə ağlamamışıq, nə də ki, ağlamaq fikirimiz yoxdur. Çox şükür Allaha övladımızı böyütmüşük və özü-özünü saxlamaq iqtidarındadır. Xahiş edirəm bizi heç kəsin qarşısında yazıq bir ailə kimi qələmə verməsinlər”.

Qeyd edək ki, xalq artisti Flora Kərimova ARB TV-nin "Səhər-Səhər” verlişində mərhum bəstəkar Tahir Əkbərin ailəsinin acınacaqlı vəziyyətdə yaşadığını deyib:

"İnanırsınız ki, onlar masaya yemək qoydular mən yeməyə qıymadım. Mən bir peraşkini iki böldüm çayla içdim. Çıxanda Əminə xanım dedi ki, niyə yemədin?! Dedim ay Allah saxlamış qoy qalsın onlar sabah yiyərlər, biri gün yeyərlər. Axı niyə belə olsun?! Bu istedadlar bir-bir sıradan çıxırlar. Yiyələri də yoxdur”
Xatırladaq ki, əməkdar incəsənət xadimi Tahir Əkbərin 2017-ci ilin noyabr ayında səhhəti pisləşib. Həkimlər onun insult keçirdiyini bildiriblər. Bəstəkar martın 2-də dünyasını dəyişib.
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook