Qədirbilən İsmayıllılar şəhidlərini unutmur-FOTOLAR

Son illər İsmayıllıda insan amili önə çəkilir. Rayonda keçirilən tədbirlər əsasən elm və mədəniyyət xadimlərinə, şair və yazıçılara, vətən uğrunda şəhid olan mübariz oğullara həsr olunur. Belə tədbirlərin keçirilməsi ənənə halını daşıyır. İnsanlara qayğı və diqqətin nəticəsidir ki, rayonda mənəvi və ictimai-siyasi mühit gündən – günə saflaşır.
Bu günlərdə keçirilən tədbirlər milli ruha, vətənpərvərlik tərbiyəsinə köklənmişdir. Aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş Mikayıl Vahabzadənin xatirəsinə həsr olunmuş kitabın təqdimatı belə tədbirlərdən biri kimi yadda qalan oldu.
Son iki ildə qəhrəman şəhidimizin qəbri ziyarət olunur, onun valideyinləri ilə görüşlər keçirilir və xatirəsinin əbədiləşməsi üçün tədbirlər həyata keçirilir. Rayon rəhbərliyinin təşəbbüsü və təklifi ilə yaxın zamanlarda İsmayıllıda şəhidlər muzeyi yaradılacaqdır. İsmayıllıdan olna 144 şəhidin döyüş yolu bu muzeydə işıqlandırılacaqdır. Aprelin 9-da Mikayıl Vahabzadənin şəhid olmasının ildönümü doğulduğu Maçaxı kəndində qeyd olunacaqdır.

7 aprel 2018 –ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Rüstəmov Cəlal Abdulhəkim oğluna Rəna Mirzəliyevanın həsr etdiyi “Atam mənə oğul deyib ” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdən öncə şəhidin adına ucaldılmış xatirə-bulaq kompleksi ziyarət olunub və abidənin önünə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayon ictimaiyyəti adından əklil qoyulub.
Daha sonra tədbir Uşaq Yaradıcılıq və İnkişaf mərkəzində davam etdirilib. Vətənpərvərlik ruhunda tərtib olunmuş zalda 350 -dən çox iştirakçı toplaşıb. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH-nin məsul işçiləri, hüquq-mühafizə və ədliyyə orqan işçilərinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, tələbə və şagirdlər, o cümlədən şəhidin ailə üzvləri, qohumları iştirak ediblər.
Təqdimat mərasimində vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllının tarixən vətənpərvərlər və qəhrəmanlar yurdu olduğunu diqqətə çatdırıb. Ölkə rəhbərinin şəhid və Qarabağ ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Rayonda son vaxtlar keçirilən tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsindəki rolunu xüsusi qeyd edib. Ali baş komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızın tezliklə geri alınacağını vurğulayıb. Rayon rəhbəri bu cür silsilə tədbirlərin davamlılığını tövsiyə edib.
Tədbirdə Təzəkənd kənd , şəhər 5 saylı və şəhər 6 saylı tam orta məktəb şagirdlərinin yadda qalan çıxışları olub. Əzəmətli şəkildə salona Azərbaycan bayrağı gətirilib və mübarizə ruhlu mahnılar səsləndirilib.
25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi
25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı
25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu
25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR
24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?
24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı
24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama
24.04.2018 - MSK üzvləri mükafatlandırılır
24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək
24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO
23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”
23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub
23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR