Yerevanda tələbələrlə polis arasında toqquşma

16 aprel 2018
Yerevanda tələbələrlə polis arasında toqquşma
Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.

Ermənistan KİV-ləri xəbər verir ki, aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Onlar dərsə girməyiblər və oturaq aksiya keçirirlər.

Tələbələr Yerevanın Baqramyan prospektini bağlayıblar. Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti ifliç olub və tıxac yaranıb. Polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. Tələbələr isə bu tələbə məhəl qoymayıblar. Bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Qeyd edək ki, aprelin 13-də Serj Sarqsyanın baş nazir olmasının qarşısının alınması məqsədi ilə Yerevanda bir sutka fasiləsiz mitinq keçirilib.

Aprelin 14-də Ermənistanın hakim Respublikaçılar Partiyası S.Sarqsyanın baş nazir postuna namizədliyini rəsmi olaraq irəli sürüb. Baş nazirin namizədliyi parlamentin aprelin 17-də keçiriləcək iclasında təsdiqlənəcək.
Xəbəriniz olsun

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

06.12.2018 - Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

06.12.2018 - Hüseyn Bağırov babası Mircəfər Bağırovun Müşfiqi öldürməsidən danışdı

06.12.2018 - Nazirlər razılaşdılar, amma nəticə yoxdur - 3 saatlıq Milan görüşü

05.12.2018 - "Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

05.12.2018 - Əli Həsənov: "Məmurun ana dilini bilməməsi onun qəbahətidir"

Facebook