İcra başçısı rəislə birlikdə fəhləni döydü: “Ölümə söyə-söyə vurub burnumu sındırdı” – FOTO

16 aprel 2018
İcra başçısı rəislə birlikdə fəhləni döydü: “Ölümə söyə-söyə vurub burnumu sındırdı” – FOTO
”Dünən gecə birin yarısında icra başçısı Vaqif Abdullayev və rəis Fizuli Şıxəliyev iş yerimə gəldi. İçəri girən kimi dəmir dirəkləri soruşdu. Dedim ki, şirkət aparıb və işçiniz Novruz müəllimə məlumat vermişəm. Başladı mənim var-yoxumu, valideynlərimi, ölümü söyməyə. Söyə-söyə burnuma zərbə vurdu. Məni şillə-təpiyin altına saldı. Rəisə dedi ki, bunu atın içəri yükləyin, tapançadan, narkotikdən qoyun cibinə getsin”.
PressClub.Az bildirir ki, bu sözləri criminalaz.com saytına ötən gecə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tərəfindən döyüldüyünü deyən Rahil Əliyev bildirib.

R.Əliyev deyir ki, 2014-cü ildən Beyləqan şəhərindəki stadionda fəhlə işləyir. Oradakı çayxanada gündəlik qəpik-quruşla ailəsini dolandırır. Hazırda stadion ərazisində idman kompleksi tikildiyindən onun fəaliyyəti dayanıb. Ona görə də hazırda kompleksin tikintisini aparan şirkətin gözətçisidir.

İcra başçısı rəislə birlikdə fəhləni döydü: “Ölümə söyə-söyə vurub burnumu sındırdı” – FOTO”Bir neçə gün əvvəl başçı gəlib stadionun bayraq dirəklərini mənə sökdürdü. Tapşırdı ki, 5 ədəd dirəyi inzibati binanın içərisinə yığım. Lakin prezident seçikilərinə görə stadionda konsert keçirildiyindən başçı tapşırıq vermişdi ki, həmin dirəkləri tikinti materiallarının içərisinə daşıyım. Mən də o deyəni etmişdim. Dünən axşamtərəfi işə gedəndə həmin dirəkləri yerində görmədim. Bələdiyyə sədri Novruz müəllimə zəng etdim. O da xəbərsiz olduğunu dedi. Sonradan öyrəndim ki, tikintini aparan şirkət dəmirləri kamaza yükləyərək aparıb. Gecə icra başçısı rəislə gələn kimi məndən dirəkləri soruşdu. Ona xəbərsiz olduğumu dedim. İşçisi Novruz müəllimə xəbər verdiyimi bildirdim. Bundan sonra başladı məni təhqir edib döyməyə. Məni vuranda qardaşım araya girdi, məni qucaqladı. Başçı əlindəki telefonla qardaşımı vurmaq istədi. Qardaşım başını əydi, telefon yerə düşərək qırıq-qırıq oldu. Dedim ki burda prezidentimiz kompleks tikdirir, mən də burda gözətçiyəm, niyə məni bu hala salırsan?

“Prezidenti də, naziri də təhqir etdi”
Prezidenti də, naziri də təhqir etdi. İki gün əvvəl xəstə atamı aparıb prezidentimə səs verdirmişəm. Gözü görməyən atama demişəm ki buranı xətlə. İndi başçı mənim prezidentimi təhqir edir? Bu kimdi axı? Nə olsun ki, icra başçısıdır… Niyə mənim şəxsiyyətimi, namusumu tapdalayır? Mənim 25 yaşlı şəhidimi niyə təhqir edir?”.
R.Əliyevin sözlərinə görə, başçının əmri ilə qan içərisində onu və qardaşını şöbəyə gətiriblər. Orada sərxoşluq müayinəsindən keçirilib, qanından analiz götürmək istəyəndə isə etiraz edib.

”Polisdə litr yarım qan itirdim. Nə qədər yalvarsam da həkim çağırmadılar. Mənə niyə bu zülmü verdilər? Axı mən özümə söyüş söydürən adam olmamışam. Bir sözlə, polisdə izahatımı aldılar. Sonra şirkətin rəhbəri mənim günahsız olduğumu, dəmirləri özü səhvən apardığını dedi. Səhərə yaxın saat 5-də polisdən buraxdılar. Bu dəqiqə məni polis axtarır. Tutub məhkəmədə 10 sutka verib içəri atacaqlar. Rayon ərazisində gizlənmişəm. Xahiş edirəm kömək edin”.

“Gecə başçı gəldi, söyməyə başladı”
R.Əliyevin qardaşı İlkin də açıqlamasında başçı V.Abdullayev tərəfindən hücuma məruz qaldıqlarını, təhqir olunduqlarını bildirdi: ”Mən də həmin tikintidə fəhlə işləyirəm. Hadisədən qabaq mənə zəng etmişdilər ki, stadionda oğurluq olub. Dedim ki, şirkət aparıb təmir üçün. Mənim sözümə inanmadılar. Gecə başçı gəldi, söyməyə başladı. Ona ”söyüş söyməyin” deyəndə isə cavabımı aldım. Qardaşımın vurub burnunu sındırdı. Mənə telefonunu atdı, yerə düşüb sındı. Hazırda qardaşımdan xəbərim yoxdu. Çağırmışdılar barışıq olsun. Amma Rahil barışmaq istəmir, heç kimlə görüşmək istəmir”.

Məsələ ilə bağlı rayon Polis Şöbəsinin rəisi Fizuli Şıxəliyev icra başçısının gözətçini döyməsini təkzib etsə də, dəmir boruların yoxa çıxdığını təsdiqlədi: ”Dəmir borular yoxa çıxmışdı. Sonradan məlum oldu ki, səhvən tikintini aparan şirkət götürüb. Dəmirləri də gətirib icra hakimiyyətinə təhvil verdilər. Döyülmə olmayıb”.
İş vaxtı bitdiyindən Beyləqan rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmadı. Mövzuya qayıdacağıq…
Xəbəriniz olsun

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

22.06.2018 - İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

22.06.2018 - Bakı uğrunda amansız savaş: Abutalıbovun yerinə iki klanın namizədi kimdir?

21.06.2018 - Bir neçə şirkət rəhbəri həbs olundu - Göyçayda körpünün uçmasına görə

21.06.2018 - İranla sərhəddə atışma: General təcili Cəlilabada getdi

21.06.2018 - Ərdoğan koalisiya hökumətinin anonsunu verdi

21.06.2018 - Bir qrup əmanətçinin 100 milyon manata yaxın pulunu mənimsəyən bankir tutuldu

21.06.2018 - “Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...” - Mövlud Çavuşoğlu

Facebook