Azərbaycanda harada güclü zəlzələ ola bilər?

06 yanvar 2015
Azərbaycanda harada güclü zəlzələ ola bilər?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində potensial gücə malik seysmogen zonaların adlarını açıqlayıb.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli "Trend"-ə bildirib ki, ilk dəfə olaraq Azərbaycanda güclü zəlzələlərin baş vermə mümkünlüyü üzrə zonaların xəritələri hazırlanıb. Həmin xəritələrdə potensial gücə malik seysmogen zonalar qeyd edilib.

Onun sözlərinə görə, həmin zonalar Böyük Qafqazın cənub-şərq yamacı, Şamaxı-İsmayıllı, Gəncəbasar zonaları, şimal-qərb zonası (Şəki, Zaqatala, Balakən), şimal zonası (Quba, Siyəzən, Dəvəçi), Talış zonası, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizinin Azərbaycan sektorudur. Ən güclü zəlzələ zonası isə Şamaxı-İsmayıllı zonası hesab edilir.

Q.Yetirmişli deyib ki, potensial gücə malik seysmogen zonalar demək olar ki, bütün ölkə ərazisini əhatə edir: “Ümumiyyətlə, Azərbaycan özü seysmoaktiv bölgədə yerləşir. Alp-Himalay seysmik qurşağı Azərbaycandan da keçir. Zonalar var ki, həmin ərazilər maksimum 7-8 bala hesablanıb. Amma asseysmik zona söhbəti yoxdur, yəni ölkədə zəlzələdən heç tərpənməyən sahələr yoxdur”.
Xəbəriniz olsun

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13.08.2018 - “Nar” müştəri loyallığı indeksinə görə liderdir

13.08.2018 - Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

13.08.2018 - Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

Facebook