“Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı

25 aprel 2018
“Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı
Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən yeni hökumətin tərkibində təyinat olmayan vəzifələrdən biri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri postudur.

“Ölkə.Az” xəbər verir ki, quruma yarandığı vaxtdan etibarən, yəni 2009-cu ildən dünənki tarixə kimi Kərəm Həsənov rəhbərlik edib.

Bəziləri prezidentin K. Həsənovu komandasında uzun müddətdir, görmək istəmədiyi ilə bağlı fikirlər, iddialar səsləndirsə də, 49 yaşlı məmurun taleyi faktiki olaraq sual altındadır.Düzdür, K. Həsənov 9 illik rəhbərliyi dövründə mətbuat səhifələrində hər zaman qalmaqallı məsələlərlə manşet olub. Lakin o, bütün bunlardan sıyrılaraq, vəzifəsində qalmağı bacarıb.
Mətbuatda “əmlak kralı” olaraq adlandırılan Həsənovun haqqında tez-tez “yaxın vaxtlarda postdan uzaqlaşdırılır”, “Kərəm Həsənov vəzifədən gedir”, ““Əmlak kralı” vuruldu”, ““Həsənovlar İmperiyası”na son verilir” kimi xəbərlər yayılsa da, hər belə xəbərdən sonra onun əlinin bir az da gücləndiyinin şahidi olmuşuq. Məsələn, 2015-ci il parlament seçkilərində Kərəm Həsənovun qardaşı Malik Həsənov Cəlilabad rayonundan deputat seçildi. Elə həmin ildə K. Həsənov Azərbaycanda ən nüfuzlu və iri ranqlı icra başçılarından sayılan Gəncənin rəhbəri Elmar Vəliyevlə quda oldu. Kərəm Həsənovun oğlu ilə Elmar Vəliyevin qızı ailə həyatı qurdu. Həsənovun qaynı Fəxrəddin Abbasov isə ötən il Ağsu Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Belə güclü qohumluq əlaqələri olan birinin taleyinin necə olacağı isə maraqla gözlənilənlər siyahısındadır.
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook