“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25 aprel 2018
“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi
23 aprel 2018-ci il tarixdə, Ümumdünya kitab günü ilə əlaqədar olaraq, "Nar" Bakıda yerləşən internat məktəblərindən birinə 100-dək kitab hədiyyə etdi. Aksiyanın keçirilməsində məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarət idi.

Azərbaycan Respublikası Təhsil nazirliyi ilə birgə həyata keçirilən aksiya çərçivəsində təqdim edilən kitablar əsasən məktəbəqədər yaş qrupunu və ibtidai sinifləri əhatə edir. Bura nağıllar, məktəbə hazırlıq üçün əlifba, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lügətlər və bu qəbildən olan digər kitablar daxildir. Əlavə olaraq, qələm, dəftər, rəngli karandaşlar, rəsm dəftərləri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdim edildi.

“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi “Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində mütəmadi olaraq müxtəlif tədbir və aksiyalar həyata keçirir. Elm, təhsil və maariflənmənin inkişafına dəstək “Nar” KSM strategiyasının əsas istiqamətlərindəndir. Uzun illərdir ki, bu çərçivədə mobil operator maariflənmənin təşviqi məqsədilə genişmiqyaslı aksiyalar təşkil edir, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. Gənc nəslin motivasiyası, təhsil və maariflənməyə olan marağın artırılması bu mənada xüsusi önəm kəsb edir.

“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbəriniz olsun

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

10.10.2018 - Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

10.10.2018 - “Nar”la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10.10.2018 - İlham Əliyev: Tütün bitməyən ölkələr bizə siqaret ixrac edirlər, bu, dözülməzdir...

10.10.2018 - Serj Sarkisyan geri çəkildi, Paşinyan seçkiyə gedir

10.10.2018 - Rasim Məmmədov özünə zirehli maşın aldı - 1 milyon dollara (FOTO)

10.10.2018 - Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

Facebook