“Cənab prezident onu vəzifədən çıxarıbsa...” - Səlim Müslümovun icra başçısı dayısı ndan açıqlama

27 aprel 2018
“Cənab prezident onu vəzifədən çıxarıbsa...” - Səlim Müslümovun icra başçısı dayısı ndan açıqlama
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Həmin sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.

Bu təyinatlar zamanı köhnə nazirlərdən bəziləri yeni hökumətdə yer almadılar. Nazir postunu itirənlər arasında 2013-cü ildən bəri əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyən Səlim Müslümov da var. Prezident Səlim Müslümovun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayevi gətirib.

Səlim Müslümov Ağsu rayonunun Pirhəsən kəndində doğulub. Hazırda bu rayonun icra başçısı Ənvər Seyidəliyev sabiq nazirin doğmaca dayısıdır.

Maraqlıdır, eks-nazirin dayısı – icra başçısı Ənvər müəllim bu dəyişikliyə necə baxır?

Modern.az saytının əməkdaşı Ənvər Seyidəliyevlə əlaqə saxlamağa çalışıb və buna nail olub.

İcra başçısı əməkdaşımızla söhbətdə bacısı oğlunun vəzifədən çıxarılmasına münasibət bildirib. O, saytımıza açıqlamasında deyib ki, bu cür məsələlərdə prezidentin sərəncamı şərh olunmur:

"Şəxslərin vəzifəyə təyinatı, ya da vəzifədən çıxarılması cənab prezidentin səlahiyyətinə daxildir. Ona görə də prezidentin sərəncamı şərh olunmur. O, nəyi necə məsləhət görürsə, dəyərləndirmək lazımdır. Allah prezidentimizi qorusun. Səlim Müslümov dünənə qədər əmək və əhalinin sosial müdafiəsi naziri idi. Bu, prezidentin verdiyi qərar idi və müsbət dəyərləndirilib. Bu gün isə cənab prezident Səlim Müslümovun vəzifədən çıxarılması ilə bağlı sərəncam imzalayıb. Cənab prezident kimi vəzifəyə qoyursa, yaxud da vəzifədən çıxarırsa, bu, onun məsləhətidir. Bu cür məsələlərə hörmətlə yanaşmaq lazımdır”.

Qeyd edək ki, Ənvər Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirib. 1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb. 1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub. 1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı vəzifəsində çalışıb.
1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışıb.
2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləyib.
2007-ci ilin dekabrında tarixdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook