Azərbaycanlı diaspor sədrinin qızı erməniyə ərə getdi: Toy Moskvada olub – FOTO

01 may 2018
Azərbaycanlı diaspor sədrinin qızı erməniyə ərə getdi: Toy Moskvada olub – FOTO
Azərbaycanlı diaspor sədrinin qızı erməni oğlanla ailə həyatı qurub.

Savash.org diaspor.az-a istinadən xəbər verir ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızı erməni oğlanla ailə həyatı qurub.

Toy mərasimi Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutub. Nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.
Qızın erməni oğlanla sevgili olduğundan xəbər tutan diaspor sədri A.Kərimov əvvəllər buna razı olmasa da sonradan razılıq verib. Mənbənin sözlərinə görə, hətta buna görə, A.Kərimov həyat yoldaşı Rigina Kərimova ilə qeyri-rəsmi şəkildə boşanıb. Amma boşanma ilə heç bir müsbət nəticənin olmadığını görən Kərimov yenidən həyat yoldaşı ilə münasibətlərini bərpa edib. Məlumata görə, Kərimovun həyat yoldaşı da erməni əsillidir. Elə buna görə də, R.Kərimova qızının erməni oğlanla evlənməsini müdafiə edib.

Toy mərasimində Kərimov qızına və erməni kürəkəninə xeyir-dua verib. Eyni zamanda, mərasimdə erməni və Azərbaycan musiqilərinin sədaları altında diaspor sədri və onun erməni qudasının rəqs etməsi də öz əksini tapıb.

Qeyd edək ki, azərbaycanlı diaspor sədrinin qızının erməni oğlanla ailə həyatı qurması Moskvada yaşayan azərbaycanlılar arasında birmənalı qarşılanmayıb. Soydaşlarımız arasında .Kərimova etiraz edənlərin sayı gündən-günə çoxalır. Elə buna görə də, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsində bu hadisədən sonra A.Kərimova qarşı inamsızlıq yaranıb və təşkilatın içərisində parçalanma müşahidə olunub.
Xəbəriniz olsun

23.05.2018 - Evin tək oğlu əsgər getməlidir?- Rəsmi açıqlama

23.05.2018 - “Kapital” bankın bakomatlarında manat müəamması – Soyğundan sonra…

23.05.2018 - İbrahimbəyov həbs oluna bilərmi?

23.05.2018 - Mərkəzi Bank sabahdan dövriyyəyə 200 manatlıq əsginaslar buraxacaq

23.05.2018 - Avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxartdı - Bakıda dəhşətli hadisə

23.05.2018 - “Qız qaçırma insan oğurluğu deyil” - Deputatdan şok açıqlama

23.05.2018 - “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

23.05.2018 - Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan sirri açdı

23.05.2018 - "Niyə axı məni təhqir edirlər?" - Hadı Rəcəbli

23.05.2018 - DTX hakeri həbs etdi - Əməliyyat

23.05.2018 - İsrail fələstinlilər üçün Qüdsü bağladı

23.05.2018 - Yardımlıda saxta əlillik dərəcəsi verən “qızıl dördlüyün” sərgüzəştləri: Hər kənddə dəllalları var və…

23.05.2018 - Ölkədə ev tikmək qaydaları qəlizləşdi

Facebook