Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

02 may 2018
Çempionlar Liqasında ilk finalçı müəyyənləşib
Futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşib. "Real Madrid" ardıcıl üçüncü mövsüm həlledici mərhələyə vəsiqə qazanıb.

Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv yarımfinalda Almaniya "Bavariya"sını üstələyib.

Almaniyadakı qarşılaşmada 2:1 hesablı qələbə qazanan "Real Madrid" doğma "Santyaqo Bernabeu" stadionundakı görüşü heç-heçə başa vurub - 2:2. Meydan sahiblərindən hər iki qolu Kərim Benzema vurub. O, 11-ci və 46-cı dəqiqələrdə "dubl" edib. "Bavariya"dan isə 3-cü dəqiqədə Coşua Kimmix, 63-cü dəqiqədə elə "kral klubundan icarəyə götürülmüş Xames Rodriges fərqlənib.

Matçda ən çox müzakirə olunan epizod ilk yarının uzatma dəqiqəsində "Real Madrid"in kapitanı Marselonun əlinə dəyən topdan sonra türkiyəli referi Cüneyt Çakırın penalti təyin etməməsi olub. Bundan başqa, meydan sahiblərinin ikinci qolunda "Bavariya"nın qapıçısı Sven Ulrayxın kobud səhvə yol verməsi diqqət çəkib.

Qeyd edək ki, "Real Madrid"in finaldakı rəqibi bu gün İtaliyada "Roma" ilə İngiltərə "Liverpul"u arasındakı digər yarımfinal matçının nəticəsinə əsasən müəyyənləşəcək. "Liverpul" ilk görüşdə 5:2 hesablı qələbə qazanıb.
Xəbəriniz olsun

24.09.2018 - Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

Facebook