Adil Vəliyevin plana saldığı 2 milyonluq villa və... - Yeni İDDİALAR

03 may 2018
Adil Vəliyevin plana saldığı 2 milyonluq villa və... - Yeni İDDİALAR
Bir neçə gün əvvəl paytaxtın Bakıxanov qəsəbəsində 2 milyonluq villanın söküldüyü xəbərini vermişdik. AzEuroNews.com həmin mülkün sahibinini kimliyini öyrənib.

“Bakıxanov rezidens”in binasının tikiləcəyi ərazidə plana düşən villa iş adamı Füzuli Fərəcova məxsus imiş. F.Fərəcov mətbuata tanış addır.

Onun 16 yaşlı oğlu Ağaəli Fərəcov ötən il Bakıxanov qəsəbəsində iki uşaq anası Xəyalə Məmmədovanı “Porsche” markalı maşınla vuraraq öldürmüşdü.

Məlum olub ki, Sabunçu icra başçısı Adil Vəliyevə aid olduğu deyilən “Bakıxanov rezidens”in tikiləcəyi bina məhz həmin mülkün yerinə düşüb.

İş adamı narazılıq etsə də, sonda icra başçısı deyən olub. Hazırda həmin malikanə dağıdılır. Onun yerində şirkətin göydələni inşa olunacaq.

F.Fərəcov isə oğluna görə gözükölgəli olduğu üçün yuxarılara minnətçi düşə və mülkünü qoruya bilməyib.

Əldə etdiyimiz bilgiyə görə, F.Fərəcovun oğlunun qəza törətdiyi avtomobil indi də Bakı yollarında şütüyür.

99 BS 999 nömrə nişanlı avtomobil çox vaxt qəsəbədə yerləşən iş adamına məxsus “Mohito” klubun qarşısında olur. Amma bu faciəyə səbəb olan gənci həbs etmədilər.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü A.Fərəcov “Porsche” markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən X.Məmmədovanı vuraraq hadisə yerindən qaçıb.

Dərhal xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb.

Gənc ananın ölümünə səbəb olmuş yeniyetmə sürücü qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilib.

Ancaq o həftədə bir dəfə məntəqəyə qol çəkməyə gedir və “Mohito” klubuna qayıdır.

Qarşı tərəfin mövvqeyini dərc etməyə hazırıq.
Adil Vəliyevin plana saldığı 2 milyonluq villa və... - Yeni İDDİALAR
Adil Vəliyevin plana saldığı 2 milyonluq villa və... - Yeni İDDİALAR
Adil Vəliyevin plana saldığı 2 milyonluq villa və... - Yeni İDDİALAR
Xəbəriniz olsun

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

Facebook