Müsavatçıya 5 il həbs cəzası verilib

05 may 2018
Müsavatçıya 5 il həbs cəzası verilib
Mayın 4-də Şirvan Şəhər Məhkəməsində Müsavat Partiyası yerli təşkilatının sədri Əlikram Xurşudovun məhkəməsi olub.

Müsavat Partiyası rəhbərliyinin yaydığı məlumata görə, Əlikram Xurşudova 5 il həbs cəzası verilib.

Xurşudov ötən il noyabrın 22-də saxlanılıb. Noyabrın 24-də isə məhkəmənin qərarı ilə haqqında həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham elan edilmişdi.

221.2.2 maddə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə tətbiq edilir.

221.2.3 maddədə isə söhbət silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətməkdən gedir.

Yekunda ittihamdan 221.2.2 maddə çıxarılıb. Ona əvvəlki 221.2.3 və yeni 315.2 maddələr üzrə ittiham verilib.

Vəkilləri 315.2-ci (Hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsinin əlavə edilməsini cinayət işinin daha da ağırlaşdırılması hesab edirdilər.

Müsavat Partiyasının bəyanatında deyilir ki, Əlikram Xurşidov müxalifətçilərə qarşı ənənəvi olaraq irəli sürülən "xuliqanlıq"da təqsirləndirilib.

"Ona qarşı yazılan "şikayət ərizəsi" təşkil olunmuş şərləmədir. Əlikram Xurşidov alicənab, mədəni, halal zəhməti ilə dolanan bir insan olaraq yaşadığı bölgədə böyük hörmət sahibidir. Əlikram Xurşidov əqidəli müsavatçı olaraq Azərbaycanda və yaşadığı Şirvan şəhərində baş verən qanunsuzluqlarla əlaqədar daim barışmaz mövqe tutub, son dövrdə isə sosial şəbəkələrdə Şirvan rayon İcra Hakimiyəti başçısının qanunsuz metlax biznesi, bölgədəki korrupsiya, eləcə də büdcə təşkilatlarında çalışanların inzibati üsullarla YAP-a üzv qəbul etdirilməsi haqqında xəbərlər paylaşıb. Müsavatın yerli təşkilatının toplantıları da Əlikram Xurşidovun mənzilində keçirilirdi. Əlikram Xurşidovun həbsinin motivi məhz bunlardır", sənəddə qeyd edilir.

Müsavat Partiyası Əlikram Xurşidovun dərhal azad edilməsini, ona qarşı açılan cinayət işinin xətm olunmasını və Azərbaycanda davam edən repressiya siyasətinin durdurulmasını tələb edir
Xəbəriniz olsun

24.09.2018 - Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

Facebook