Rəsmi Bakı Paşinyanın Qarabağ bəyanatına cavab verdi: "...Yaşayarıq, görərik"

08 may 2018
Rəsmi Bakı Paşinyanın Qarabağ bəyanatına cavab verdi: "...Yaşayarıq, görərik"
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması barədə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın ilkin bəyanatları cavabdan çox suallar doğurur və anlaşılmır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib: "Bu nədir? Sadəlövhlük, predmeti bilməzlik, qalibin qürrələnməsi və ya bütün bunların hamısı birlikdə?! Yaşayarıq, görərik. Hər halda, prosesin başlanğıcında Azərbaycan deyirdi ki, Ermənistanda hakimiyyətə sağlam düşüncəli, regionda formalaşan vəziyyəti ayıq qiymətləndirə və münaqişənin nizamlanması üzrə Ermənistan və erməni xalqı üçün həyati əhəmiyyətli qərar qəbul edə biləcək güclərin gəlişinə ümid edir".

Xatırladaq ki, mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Ancaq o bunun üçün rəsmi Bakının heç vaxt qəbul etməyəcəyi şərt də irəli sürüb. N.Paşinyan deyib ki, Dağlıq Qarabağdakı separatçı rejim də danışıqlarda iştirak etməlidir.
Xəbəriniz olsun

23.06.2018 - Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

23.06.2018 - Daha bir pambıq zəhərlənməsi: 6 nəfər xəstəxanalıq oldu

23.06.2018 - Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

Facebook