SAXTA DƏRMAN SATAN APTEKLƏR KİMİNDİR? – DTX-nın “vurduğu” apteklərdən biri deputatındır!

10 may 2018
SAXTA DƏRMAN SATAN APTEKLƏR KİMİNDİR? – DTX-nın “vurduğu” apteklərdən biri deputatındır!
Məlum olduğu kimi, hüquq-mühafizə orqanları uzun illərin hərəkətsizliyindən sonra, nəhayət ki, “dərman mafiyasına” qarşı savaş açıblar. Bir neçə həftə əvvəl Baş Prokurorluq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan beş vəzifəli şəxsin həbs olunduğu xəbərini yaydı. Bakıda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib. Bu əməlləri törədənlər həbs olunub.

İki gün əvvəl isə Dövlət Təhlükəsizlik Xidmətinin “dərman mafiyasının” başqa bir qolunu ifşa etdiyi xəbəri yayıldı. Məlumatda bildirilirdi ki, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub. Görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 AZN təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

Məlumatda həmçinin dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini təşkil edən vəzifəli şəxslərin adları, bunu necə həyata keçirdikləri də açıqlanıb. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə, bəzi şəxslərin həbsə alındığı, Dövlət Gömrük Komitəsinin bir neçə yeksək vəzifəli şəxsinin işdən çıxarılaraq, sərəncama göndirildiyi bildirilib. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

SAXTA DƏRMAN SATAN APTEKLƏR KİMİNDİR? – DTX-nın “vurduğu” apteklərdən biri deputatındır!Bu məlumatı təkrar xatırlamağımızın səbəbi əməliyyat keçirilən apteklər və şirkətlərlə bağlı “AzPolitika.info”-ya yeni məlumatların daxil olmasıdır. Belə ki, saytımıza verilən məlumata görə, əməliyyat keçirilən aptek və şirkətlərin hər birinin arxasında yüksək vəzifəli və ya nüfuzlu şəxslər dayanır. Zatən arxalarında güclü şəxs dayanmazsa, illər uzunu saxta dərman sata bilməzdilər…

Məsələn, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini satan apteklərdən biri olan “Elit”in deputat Elmira Axundovanın ailəsinə məxsus olduğu bildirilir. Qeyd edək ki, “Elit” adı ilə Bakının bir neçə rayonunda aptek fəaliyyət göstərir. Yəni, “Elit” apteklər şəbəkəsidir. Bu aptekin özü haqda yaydığı məlumatda da təsdiqlənir: ““Elit” Aptek şəbəkələri 1993-cü ildən fəaliyyət göstərir, peşəkar xidməti ilə müştərilərin rəğbətini və etibarını qoruyub saxlaya bilib. Yeni istifadəyə verilən “www.eliteaptek.az” ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin hər bir nöqtəsinə 24 saat pulsuz dərman çatdırılma xidmətini sizlərə təklif edir”.

Bu şəbəkənin bütövlükdə deputat Elmira Axundovanın ailəsinə məxsus olduğu iddia edilir. Elmira Axundovanın oğlu Həbib Axundov biznes fəaliyyətilə məşğul olduğundan apteklərin də onun tərəfindən idarə edildiyi istisna edilmir.

Maraqlıdır ki, internetdə “Elit” apteklər şəbəkəsilə bağlı məlumat toplamaq istərkən, Elmira Axundovanın üstüörtülü şəkildə bu apteki reklam edən fikirlərinə rast gəldik. Belə ki, deputat bir neçə il əvvəl ölkə prezidentinin dərman preparatlarının qiymətilə bağlı tutduğu iradlara münasibət bildirərkən, aptek sistemində pərakəndəlik olduğunu qeyd edib: “Mən özüm diabet xəstəsiyəm, yoldaşım da xəstə insandır. Bu səbəbdən də apteklərə tez-tez müraciət edirik. Məsələn, əgər hansısa dərman “Elit” aptekdə 15 manatadırsa, “AVİS” aptekdə 25 manatadır. Doğrudur, “AVİS”-dən istənilən dərmanı əminliklə, rahat bir şəkildə almaq olar. Xidmətləri yüksək səviyyədədir, amma həddən artıq bahalıdır. Ya da “Alman” aptekini götürək. Burada da hamı bilir ki, təmiz və keyfiyyətli dərmanlar satılır.

Mən daha çox “Novonorm” dərmanını alıram. Onun qiyməti Azərbaycanda Avropa ilə müqayisədə çox bahadır. Mən bu dərmanı Fransadan alanda 90 dənəsinə 11 avro ödədim. Azərbaycanda ”Alman” aptekində həmin “Novonorm”un 30 dənəsi 50 manatadır. Axı bunu kim ala bilər?! Kim üçün satırsınız?! Bu aptekdəki dərmanları adi adamlar ala bilər?! Əlbəttə, yox. Bu deməkdir ki, bizdə varlılar və kasıblar üçün apteklər formalaşır. Deməli öləndə varlılar üçün qəbristanlıqlara, xəstələnəndə varlılar üçün apteklərə getməyə məcbur edilirik”.

Göründüyü kimi, Elmira Axundova üstüörtülü şəkildə “Elit” aptekini reklam edib. Hansı ki, indi bu aptekin qeydiyyatsız dərman dövriyyəsilə məşğul olduğu, saxta dərmanlarla insanları zəhərlədiyi aşkarlanır. Maraqlıdır, açıqlamalarında özünü kasıbların qayğısına qalan biri kimi göstərən Elmira Axundovanın bundan xəbəri olubmu?

Onun da cavabını dərc etməyə hazırıq.

Rasim
AzPolitika.info
Xəbəriniz olsun

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

Facebook