Paşinyan Azərbaycanı “tarixin ən qorxaq dövləti” adlandırdı, Azərbaycan XİN isə “dejurnu” bəyanatla cavab verdi...

10 may 2018
Paşinyan Azərbaycanı “tarixin ən qorxaq dövləti” adlandırdı, Azərbaycan XİN isə “dejurnu” bəyanatla cavab verdi...
Düşmən ölkənin yeni baş naziri, inqilabla hakimiyyətini rəsmiləşdirmiş Nikol Paşinyanın ilk addımları maraqla izlənməkdədir. Xüsusilə bu maraq ölkəmizdə daha böyükdür və anlaşılandır. Hər halda Ermənistanda məlum proseslər start götürəndə ölkəmizdə bəziləri ümid edirdi ki, Paşinyan Serj Sarkisyandan fərqli olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində daha konstruktiv mövqe tuta bilər. Amma...

Amma Nikol Paşinyan Ermənistanda baş nazir kürsüsünə yiyələndikdən saatlar sonra işğal altındakı Azərbaycan torpaqlarına – Qarabağa səfər etdi və oradan rəsmi Bakıya “atəç açmağa” başladı. Nikol Paşinyan vertolyotla Qarabağa uçdu, Şuşanın işğalının 26-cı ildönümü ilə bağlı Xankəndidə keçirilən bayram mərasiminə qatıldı.

Savash.org xatırladır ki, daha sonra Ermənistanın baş naziri Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla görüşdü və elə oradaca bəyan etdi ki, o sülh danışıqlarında qondarma “DQR”-nin iştirakını vacib sayır.

Nikol Paşinyanın Qarabağda, əzəli Azərbaycan torpaqlarında səsləndirdiyi fikirlər isə ürəkağrıdıcıdır. Paşinyan qalib ədasıyla xarici jurnalistlərin qarşısında bəyan etdi ki, tarix indiyədək Azərbaycan kimi qorxaq dövlət görməyib: “Qorxaq bir dövlətin qarşısından niyə geri çəkilməliyik? Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı100 il belə olmağı arzulayırıq".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar açıqlamasını şərh edərkən bunları deyib:

"Biz hələ də ümid edirik ki, Ermənistanın yeni siyasi rəhbərliyi sələflərinin səhvlərini təkrar etməyəcək, sağlam siyasət yürüdəcək və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün sivil münasibətlər qurmağa çalışacaqdır. Münaqişənin həll edilməsi regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə bilər və bundan da ilk növbədə Ermənistan əhalisi faydalana bilər. Odur ki, top Ermənistanın meydançasındadır və yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur”.

Hesab edirik ki, Nikol Paşinyanın Qarabağdakı məlum sarsaqlamalarına “ümid edirik ki...” tipli “dejurnu” açıqlamalarla yox, silahlarla cavab verilməlidir. Bu həm də “tarixin ən qorxaq milləti”nin kimlıiyinə də açıqlama gətirmiş olar. Azərbaycan XİN rəsmisinin sözü olmasın, biz də “ümid edirik ki” həmin gün uzaqda deyil...

Orxan
Savash.org
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook