İslahat selinin aparacağı general: Ramiz Zeynalov üçün çətin dönəm

11 may 2018
İslahat selinin aparacağı general: Ramiz Zeynalov üçün çətin dönəm
Aprel seçkilərindən sonra həm idarəçilik sistemində, həm də bu sistemin idarəçiləri sırasında ciddi dəyişikliklər müşahidə olunmaqdadır. O sahələrdə ki dəyişiklik artıq çiban kimi yetişmişdi. Ölkədə sosial gərginliyə, təbəqələşməyə, yoxsulluq və məmur qudurğanlığına səbəb olan halları təcili və qeyd-şərtsiz aradan qaldırmaq lazım idi. Proses hələ davam edir və daxil olan məlumata görə, kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) olduğu üçün, bu qurumla da bağlı köklü dəyişikliklər məsələsi müzakirə olunmaqdadır.xeyli müddətdir ölkədə narazı qalınan əsas dövlət qurumları içində iki strukturun xüsusi olaraq adı çəkilirdi. Onlardan biri Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Nəqliyyat Müfəttişliyi idisə, digəri də Dövlət Yol Polisi Xidmətiydi. Bildirək ki, bu iki nəhəng dövlət qurumundan artıq biri yoxdur. Və işin qəribə tərəfi odur ki, Nəqliyyat Müfəttişliyi ləğv edilərək, ən çox şikayət olunan digər quruma, Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) verilib.
BDYPİ də ləğv olunur?
Məsələ belədir ki, Nəqliyyat Nazirliyinin səlahiyyətsizləşdirilməsindən sonra daha bir neçə qurumun da eyni aqibət yaşayacağı proqnozlaşdırılır. Artıq proqnozlara uyğun olaraq bəzi qurumlar artıq ləğv olunub. Məsələn, MTN artıq yoxdur. Eyniylə, Dövlət Satınalmalar Agentliyi də dövlət başçısının fərmanı ilə ləğv edilib.
Sırada isə digər qurumların olacağı istisna deyil. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumatlarda qeyd olunur ki, BDYPİ-nin ləğv edilməsi məsələsi də artıq gündəmə gəlib. Məsələ belədir ki, Nəqliyyat Müfəttişliyinin birləşdirildiyi BDYPİ-nin ləğv edib, yerində Dövlət Avtomobil Müfəttişliyinin yaradılması nəzərdə tutulur.
Belə bir zərurətin yaranmasının tutarlı əsasları təbii ki, var. Məsələ belədir ki, artıq təkcə mediada deyil, eyni zamanda sosial şəbəkələrdə də DYP-nin fəaliyyəti ən ağır formada tənqid edilir. Və bu tənqidlər əvvəlki dönəmlərdən fərqli olaraq, hansısa şikayətlərin əsasında deyil, elə canlı şəkildə çəkilmiş videogörüntülərin əsasında formalaşıb. Cəmiyyətin tələbi budur ki, ya BDYPİ ləğv olunmalıdır, ya da tamamilə dəyişdirilməlidir. Yəni, ən azından keyfiyyət dəyişikliyi baş verməlidir.
Prezidentin iradəsi
Məlum olduğu kimi, ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində İdarəetmə sistemi formalaşdırmaq, ölkədə nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb. Cumhiriyyet.az oxuculara xatırladır ki, 2007-ci ildən bu qurum dövlət büdcəsindən maliyyələşir. Yəni hər il bu quruma dövlət büdcəsindən külli miqdarda pul ayrılır. Ölkə ərazisində kameralar, informativ bələdçilər və digər texniki avadanlıq quraşdırılır. NİİM-in yüksək səviyyədə çalışması üçün ayrıca mərkəz inşa olunur və əməkdaşlar cəlb edilir. Bunların hamısına dövlət özü xərc çəkir. Ümumiyyətlə, NİİM-in formalaşdırılması təqdirə layiq və innovativ bir addım olub, amma onun normal fəaliyyəti üçün digər parallel addımlar atılmalıdır. Sual yaranır ki, hansı addım? İlk olaraq, həmin qurumun tam azad, şəffaf və müstəqil rejimdə çalışması.
İkincisi və ən əsası isə, Dövlət yol polisi tam restrukturizasiyasına ehtiyac var. Çox uzaqa getmədən, elə yaxın qonşumuza baxsaq, kifayətdir. Burada islahatlar nəticəsində vahid polis sistemi quruldu. Lazımsız və büdcədən artıq vəsait yeyən, korrupsiyada mühüm rol oynayan yol polisi tam olaraq ləğv edildi. Post Patrul Xidmətinin səlahiyyəti artırılaraq xidməti funksiyaları genişləndi. NİİM-in nəzərdə tutulan, amma illərdi işləyə bilməyən missiyası da həyata keçirilməlidir.
Generala yol görünür
Aydın məsələdir ki, ləğv ediləcək və bazasında yeni bir qurum yaradılacaq dövlət təşkilatının başına kimin rəhbər gətiriləcəyi də maraqlı müzakirələrdən biridir. Bu posta yetərli qədər layiqli adamın olduğuna şübhə yoxdur. Həmçinin polisdə BDYPİ-dən də daha artıq qurumları idarə edə biləcək şəxslər var və bunu kimsə inkar edə bilməz.
Yeni qurumun yaradılmasından sonra onun başına yenidən BDYPİ-nin rəisi, general Ramiz Zeynalovun gətirilib, gətirilməyəcəyi məlum deyil. Məsələ belədir ki, faktiki olaraq mövcud durumda general günahkar hesab edilir və ona qarşı əsas ittiham da budur ki, BDYPİ-ni lazımi səviyyədə idarə edə bilmədiyi üçün bu qədər neqativ hallar meydana çıxır. Belə olan təqdirdə, xüsusən də indiki həssas məqamda rəhbərlik də dəyişiklik etməkdə məcburiyyət hiss edəcəklər. Ona görə ki, cəmiyyətdə sosial səbəblərdən narazılıq baş qaldırdığı bir vaxtda, bir də BDYPİ kimi çoxlu şikayətlər edilən qurumda əsaslı dəyişiklik etmək zərurəti var. Yeni kadrın ən azı keçid dönəmində durumu düzəldə biləcəyi istisna edilmir. Hərçənd Ramiz Zeynalovun pensiya yaşından 5 il keçib. Amma bu müddət ərzində onun işdən çıxarılması məsələsi gündəmə belə gəlməyib. Özü də bunca şikayət varkən.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook