Füzulidə pambıq, barama və taxılçılığa həsr olunan müşavirə keçirildi

14 may 2018
Füzulidə pambıq, barama və taxılçılığa həsr olunan müşavirə keçirildi
Prezident cənab İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun bu sahələrin hesabına təmin olunması barədə verdiyi göstəriş və tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda strateji məhsul olan taxılçılıq, pambıqçılıq və baramaçılığın inkişafına xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. Bu məqsədlə Füzuli rayon İcra Hakimiyyətində aidiyyəti xidmət təşkilatlarının, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və kənd təsərrüfatı üzrə mütəxəssislərin iştirakı ilə müşavirə keçirilmişdir.

Savash.org xəbər verir ki, müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, yeni iqtisadi mərhələdə respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq və baramaçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir.

Alı Alıyev müşavirə iştirakçılarına pambıq istehsalında məhsuldarlığın arıtılması ilə bağlı ciddi tapşırıqlar verib. Bildirib ki, yüksək məhsuldarlıq əldə etmək üçün pambıq sahələrinə aqrotexniki qulluq göstərilməli, suvarılma optimal müddətdə aparılmalıdır.

Müşavirədə rayonda ipəkqurdunun vəziyyəti, ipəkqurdu saxlayan kümçülərin qarşılaşdıqları problemlər müzakirə olunub, aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib. Tapşırılıb ki, ipəkqurdu saxlayan kümçülərlə mütəmadi olaraq görüşlər keçirilsin, barama saxlanılan yerlərə baxış keçirilsin, onlara əməli dəstək göstərilsin.

Müşavirədə həmçinin qarşıdan gələn taxıl biçininə hazırlıq, taxıl biçən kombaynların vəziyyəti, taxıl biçinin qısa müddətdə və itkisiz başa çatdırlması ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook