İcra başçısı rayonun problemlərini sosial şəbəkədə yayan şəxsi həbs etdirdi - ZƏRSABDA

14 may 2018
İcra başçısı rayonun problemlərini sosial şəbəkədə yayan şəxsi həbs etdirdi - ZƏRSABDAZərdab rayonu Çalıı kənd sakini Məmmədov Tehran Qənimət oğlu Savash.org-a şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır:

"Mənim oğlum Qəniməti 11 may 2018-ci il tarixdə Zərdab rayon icra başçısı Lütvəli Babayevin sifarişi ilə həbs ediblər.
Səbəb isə Qənimətin icra başçısının fəaliyyətini sosial şəbəkədə ictimailəşdirməsi olub.Oğlum Qənimət fecbook sosial şəbəkəsində "Zərdabda Haqqın Səsi" adlı qrup yaradıb orada rayonda baş verən neqativ halları, sosial problemləri paylaşırdı.Bu isə Zərdabın icra başçısı Lütvəli Babayevə xoş gəlmədi. Çünki Lütvəli Babayev 11 ildə rayonda böyük kök salıb.Fakt isə budur ki, Lütvəli Babayevin 11 illik yarıtmaz fəaliyyəti nəticəsində Zərdab Azərbaycanda ən bərbad rayona çevrilib.Həbs edilən oğlum Qənimətin müdafiə hüquqları pozulub onunla əsir kimi davranılır, işgəncə veriblər.Həttda dünən apardığımız yeməyi qəbul etmədilər dedilər ki, bir başa icra başçısının göstərişidir ki, yemək qəbul etməyin.Qeyd edim ki, ittiham tam saxta və qondarmadır.Qənimət 2-ci qrup əlildir və himayəsində 3 azyaşlı övladı var.Kiçik övladı 1 ay əvvəl dünyaya gəlib. Qənimətin tam günahsız olmasına dair konkret və mötəbər subutlar var. Bizə Zərdab Rayon Polis Şöbəsindən ancaq onu dedilər ki, hədə-qorxu ilə tələb eləmə maddəsi ilə ittiham olunacaq, artıq şikayətçilər var.Ancaq şikayətçilərin kimlər olmasını demədilər.Mənim oğlum heç kəsə hədə qorxu gəlməyib.Sadəcə onun şəffaf fəaliyyəti qanunsuz əməllərlə məşğul olan icra başçısı Lütvəli Babayevi təşvişə saldığı üçün oğlumu şərlətdirərək həbsə atdırıb. Qondarma şikayətçilər isə ancaq Lütvəli Babayevin əlaltıları olacaq. Lütvəli Babayev o kəsdir ki. bir neçə il əvvəl qadını şərlətdirib həbsə atdırdı, aprel şəhidinin ailəsinin əlindən 500 manat pulunu aldı.Ən əsası isə gəlin baxın görün Zərdab rayonu necə bir bərbad gündədir.Öz qanunsuz yaranaz fəaliyyəti ilə insanların nifrətin qazanıb, narazılıqlar yaradan icra başçısı Lütvəli Babayevin özü bu gün həbsdə olmalıdır mənim oğlum yox.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm.Sizdən xahiş edirəm tam qanunsuz qondarma ittihamla həbsə atılmış günahsız oğlum Qənimətin azad olunmasına köməklik göstərəsiniz, Zərdab rayon sakinlərini Lütvəli Babayevin zülmündən qurtarasınız.Xahiş edirəm köməklik edəsiniz".
Xəbəriniz olsun

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

15.11.2018 - Azərbaycanda nazir xalası qızını Qocalar Evinə yerləşdirdi - FOTO

15.11.2018 - Deputatlardan AzTV və İTV-yə ittiham: "Bizi elə qələmə verirlər ki..."

15.11.2018 - Tramp məmuru Ağ Evdən qovdu

15.11.2018 - Qarabağ əlili: “Böyrəyimi satıb, “Bank of Baku”ya borcu verməliyəm…”

Facebook