Mini-oliqarx Şükürov və Bakıda lift qəzaları

14 may 2018
Mini-oliqarx Şükürov və Bakıda lift qəzaları
Bakının Nəsimi rayonunda binada liftin qırılması nəticəsində 4 nəfər ağır xəsarət alıb. Hadisə Abdulvahab Salamzadə küçəsi, 9 ünvanında baş verib. 4 nəfər liftlə aşağı düşmək istəyən zaman qurğuda nasazlıq yaranıb, nəticədə lift sürətlə şaxtaya çırpılıb. İçəridə olan 1995-ci il təvəllüdlü Vaqif Poladov, 1996-ci il təvəllüdlü Təbriz Məmmədov, 1982-ci il təvəllüdlü Fərid Məmmədov və Seymur Əliyev müxtəlif dərəcəli sınıq xəsarətləri alıb.

Virtualaz.org saytı xatırladır ki, bu Bakının yaşayış binalarının nasaz liftlərində baş verən ilk belə hadisə deyil. Belə ki, təkcə bu ilin yanvarında liftin şaxtaya düşməsi nəticəsində 3 nəfər ağır xəsarət almışdı. Hər hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparıldığı bildirilir. Amma lift qəzaları və bu qəzalar nəticəsind xəsarət alanlara, hətta insan ölümlərinə görə indiyə qədər Bakı Lift-Təmir İstehsalat Birliyinin hansısa məsul şəxsinin cəzalandırıldığını eşidən olmayıb. İdarənin rəisi, mini-oliqarx Qüdrət Şükürov da öz kreslosundadır. Hərçənd Şükürovun milyonlarla manat dövlət vəsaitini müxtəlif korrupsiya sxemləri sayəsində necə mənimsədiyini ötən il onun keçmiş qudası mətbuata faktlarla açıqlamışdı.

Bakı şəhəri üzrə mənzil istismar sahələrinin balansında 5275 lift var. Ötən ilədək bunların 1590-nı dəyişdirilib, 950-si təmir olunub. Birlik iddia edir ki, yeni liftlər Amerikanın “Otis” firmasının Moskvada və Sankt-Peterburqda yerləşən müəssisələrindən alınır. Amma bir liftin alınması və təmiri xərcləri şəffaf deyil, bununla bağlı nə Bakı Şəhər İcra Hakimiyyətinin, nə də birliyin rəsmi saytında məlumat verilmir.

Birliyə ayrılan dövlət vəsaiti və xərclərlə bağlı məlumatlar da dövlət sirri kimi gizli saxlanılır. Əslində keçmiş kürəkəni və qudası tərəfindən barəsində çoxsaylı ciddi kompromatlar, o cümlədən dövlət vəsaitlərinin iri məbləğdə mənimsənilməsi, korrupsiya faktları açıqlanan Qüdrət Şükürovun əməlləri Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin diqqətini cəlb etməli idi. Bakının lift təsərrüfatı yoxlanılmalıydı. lakin belə yoxlamaların aparılması və məsuliyyətə cəlb olunanlar barədə rəsmi məlumatlar yoxdur. Hərçənd mətbuat Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərinin əməllərinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlanıldığı barədə xəbərlər yayırdı.

Çünki keçmiş qudası Rafail Əsgərov müxtəlif dövlət instansiyalarına göndərdiyi məktublarda Şükürovun 2013-cü ildə Rusiyanın “Otis Lift” şirkəti ilə bağladığı müqavilədən milyonlarla dollar “otkat” alması, həmin pullara dərhal İstanbulun “Koru Florya” elit yaşayış kompleksində 1.5 milyon dollara iki mənzil alması barədə ətraflı bəhs olunub. Habelə keçmiş quda Şükürovun digər çoxsaylı korrupsiya və mənimsəmə əməlləri barədə danışıb.

Məsələn, Q.Şükürov 2013-cü ildə qudası R.Əsgərovdan bir neçə dəfə onunla “Elmlər Akademiyası”nın yaxınlığındakı köhnə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “Azəriqazbank”ın filialına gedib pul çıxarmağı xahiş edib. Qüdrət Şükürov hər dəfə bankdan 400, 500, 700 min dollar pul çıxarıb. Qudası bildirir ki, 2015-ci ilin fevralında, manatın birinci devalvasiyasından əvvəl Qüdrət Şükürov yaxınlaşan “manat fəlakətindən” xəbər tutaraq böyük panika içərisində bütün pullarını dollara (8 milyon dollar) çevirib.

Bu həmin Qüdrət Şükürovdur ki, hazırda onun keçmiş kürəkəni ilə qızının yeni əri arasında məhkəmə çəkişməsi gedir. Şükürovun təzə kürəkəni keçmiş kürəkənin onu döyüb xəsarət yetirdiyini bildirir, qarşı tərəf isə əksinə, Şükürovun təzə kürəkəninin və dostlarının onun özünü döydüyünü bildirir.

Ülviyyə Xudiyeva
Virtualaz.org
Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook