İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49 nəfərə çatıb

14 may 2018
İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49 nəfərə çatıb
İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49 nəfərə çatıb.

“The Jerusalem Post” xəbər verir ki, hadisələr zamanı minlərlə fələstinli yaralanıb.

* * *16:53

Qəzza sektorunda İsrail ordusu ilə toqquşmalar zamanı ölən fələstinlilərin sayı 37-yə çatıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. Yaralıların sayı 900-dən çoxdur. Ölənlər arasında uşaq da var.

Xatırladaq ki, bu gün ABŞ-ın Qüds (Yerusəlim) şəhərində səfirlik açmasına etiraz olaraq İsrail və Qəzza zolağı arasındakı sərhədin 12 yerində kütləvi aksiyalar başlayıb. Aksiyalara 35 mindən çox fələstinli qatılıb. İştirakçıların aqressiv hissəsi İsrail əsgərləri tərəfə içərisində yandırıcı maye olan şüşələr, əldəqayırma partlayıcılar atmağa, topladıqları təkərləri yandırmağa başlayıblar, bəziləri isə sərhəd maneələrini aşmağa çalışıb. İsrail əsgərləri onlara odlu silahdan atəş açıb.


* * *15:18

Fələstinlilərin ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq keçirdikləri kütləvi aksiyalarda ölənlərin sayı artmaqda davam edir.

Son məlumata görə, İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 16-ya yüksəlib, yüzlərlə yaralının olduğu bildirilir.

Fələstinlilər İsrail və ABŞ əleyhinə aksiyanı davam etdirirlər.


* * *14:30

ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürməsinə qarşı Qəzza zonasının inzibati sərhəd bölgəsində fələstinlilər kütləvi etiraz aksiyası və “Qayıdış marşı” yürüşü keçirirlər.

Xarici KİV xəbər verir ki, hazırda Qəzzanın İsraillə sərhəddində 10 mindən çox etirazçı toplaşıb. Onlardan bəziləri sərhəd hasarını keçməyə cəhd ediblər. İsrail ordusunun müdaxiləsi nəticəsində 21 yaşlı fələstinli ölüb, 28 nəfər isə yaralanıb.

Qeyd edək ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi zamanı fələstinlilərin sərhəd bölgəsinə gəlməsini önləmək üçün İsrail ordusu Qəzza zonasına əlavə 2 briqada, İordan çayının qərb sahilinə isə 1 piyada briqadası göndərib.

Xatırladaq ki, martın sonundan indiyədək Qəzza zonasında israillilərlə fələstinlilər arasındakı toqquşmada 50-dən çox fələstinli ölüb. Odlu silahdan istifadə etdiyini etiraf edən İsrail beynəlxalq birliyin ittihamlarını rədd edərək, bunu özünümüdafiə kimi təqdim edir.(azvision.az)
Xəbəriniz olsun

18.09.2018 - İlham Əliyev: "Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir"

18.09.2018 - Putin Ermənistanda Köçəryan və Sarkisyanla görüşəcək

18.09.2018 - “Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

18.09.2018 - Azərbaycanda direktorla müəllimlər saçyolduya çıxdılar – Video

18.09.2018 - İranda Xəzər dənizinin adını dəyişirlər

18.09.2018 - Qardaşlarının yanında kişi ilə yatdı, videoya çəkdi, sonra... - Ağcabədidə AĞLASIĞMAZ DƏHŞƏT

18.09.2018 - Ata və oğul birləşib idmançını öldürdü – Sumqayıtdakı qətlin təfərrüatı

18.09.2018 - Baş redaktor tanımadığı şəxs tərəfindən təhdid olunur-FOTO

18.09.2018 - Hikmət Hacıyev PA-da yüksək vəzifəyə təyin olundu

17.09.2018 - Soçidə Ərdoğan-Putin görüşü başa çatdı

17.09.2018 - Prezidentin mətbuat katibi: İlham Əliyevin oğlu haqda Paşinyanın sözləri axmaqlıqdır

17.09.2018 - Kamaləddin Heydərov yatağa düşdü, xaricə apardılar: Paradda bu səbəbdən iştirak etməyibmiş...

17.09.2018 - Başçı işçisinin qızını söydü, əri gəldi, dava düşdü- Beyləqanda

Facebook