Dezinfeksiya Stansiyası “dərman mafiyası” ilə əlbirmiş: bağlanan apteklərdən – Reportaj

17 may 2018
Dezinfeksiya Stansiyası “dərman mafiyası” ilə əlbirmiş: bağlanan apteklərdən – Reportaj
Bakıda “dərman mafiyası” ilə əməkdaşlığına görə bağlanmış apteklərdə olmuşuq. Metronun “Nizami” stansiyası ilə üzbəüzdə yerləşən iki aptek prokurorluq əməkdaşları tərəfindən möhürlənib.

► “Nizami”dəki apteklər…

AzEuroNews.com olaraq həmin apteklərin həbs edilən “Sanimed” MMC rəhbəri Müşfiq Nağıyevə məxsus olduğunu öyrənmişik.

Firmanın idxal etdiyi saxta və qeydiyyatsız dərmanlar həmin apteklədə satılırmış. Artıq bağlanan və möhürlənən apteklərin fəaliyyətini bərpa edəcəyi gözlənilmir.

Prokurorluq əməkdaşları yan-yana yerləşən apteklərə gələrək əczaçılardan kameraları söndürmələri tələb ediblər.

Sonra axtarışlar aparılıb və “dərman mafiyası”na bağlılığı barədə sübutlar götürülüb. Eyni zamanda bir neçə aptekdə analoji axtarışlar aparılıb.

Məsələn, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı “Fatimə”, “Qlobus” aptekləri də araşdırılıb.

► “Epidbiomed”-də yuyulan pullar

“Dərman mafiyası” ilə bağlı şirkətlərdən biri isə həbs edilən Namiq Əliyevə məxsus “Epidbiomed” MMC-dir.

Bu firma haqda gedən xəbərlərə görə, Bakı Dezinfeksiya Stansiyası 2013-cü ildə 216 min manatdan artıq büdcə vəsaitinin “axırına çıxıb”. Bu vəsait yalnız “Epidbiomed” MMC-yə tender vasitəsilə ayrılan puldur.

Bu pullara “Epidbiomed” MMC dərman preparatlarını almalı, kommunal xətlərin təmir işlərini həyata keçirməli, ehtiyat hissələri, sürtkü materialları, təsərrüfat malları, dəftərxana ləvazimatları almalı və mətbəə xidmətləri həyata keçirməlidir.

2004-cü ilin dekabrında yaradılan və əczaçılıq sektorunda monopoliya yaradan “Epidbiomed” MMC yarandığı gündən ölkəni dərman preparatları və vaksinləri ilə təmin etməyi öhdəsinə götürüb.

MMC Bakıda yaradılsa da, qısa müddətdə respublikanın bütün regionlarında nümayəndəliklərini yarada bilib.

► Stansiya və dərman mafiyası

Etiraf etmək lazımdır ki, səhiyyə nazirinə yaxınlığı olmayan sıradan bir vətəndaşın bu qədər böyük biznesin altına girməsi mümkün olmazdı.

“Epidbiomed” MMC-nin əsas gəlir yerlərindən biri də respublikanın dövlət qurumlarının nəzdindəki tibb müəssisələrinin tibbi təchizatını tender yolu ilə həyata keçirməkdir.

Yəni, şirkət hər il 30-a qədər rayonun Mərkəzi Xəstəxanalarını tender yolu ilə, digər bütün rayonları isə tenderdən kənar peyvənd və zərdablarla təmin etməyi öz öhdəsinə götürüb.

Bizimxeber.az-ın məlumatına görə, həm Bakı Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov, həm də “Epidbiomed” MMC-nin rəhbərliyində olan Namiq Əliyev və Surxay Mustafayev səhiyyə naziri Oqtay Şirəliyevin yaxın adamlarıdır.

► Generallar mafiya ilə əlbir

Baş prokurorluğun yaydığı görə, “Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyev cəmiyyətin satış şöbəsinin müdiri Hafiz Orucov, satış təmsilçisi Asim Kərimov, “Epidbiomed” MMC-nin təsisçisi Namiq Əliyev, həmin şirkətin direktor müavini Kamal Məmmədov və digər vəzifəli şəxslər saxlanılıb.

Onlar əlbir olaraq daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Yada salaq ki, aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub.

Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər.
Xəbəriniz olsun

23.05.2018 - Evin tək oğlu əsgər getməlidir?- Rəsmi açıqlama

23.05.2018 - “Kapital” bankın bakomatlarında manat müəamması – Soyğundan sonra…

23.05.2018 - İbrahimbəyov həbs oluna bilərmi?

23.05.2018 - Mərkəzi Bank sabahdan dövriyyəyə 200 manatlıq əsginaslar buraxacaq

23.05.2018 - Avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxartdı - Bakıda dəhşətli hadisə

23.05.2018 - “Qız qaçırma insan oğurluğu deyil” - Deputatdan şok açıqlama

23.05.2018 - “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

23.05.2018 - Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan sirri açdı

23.05.2018 - "Niyə axı məni təhqir edirlər?" - Hadı Rəcəbli

23.05.2018 - DTX hakeri həbs etdi - Əməliyyat

23.05.2018 - İsrail fələstinlilər üçün Qüdsü bağladı

23.05.2018 - Yardımlıda saxta əlillik dərəcəsi verən “qızıl dördlüyün” sərgüzəştləri: Hər kənddə dəllalları var və…

23.05.2018 - Ölkədə ev tikmək qaydaları qəlizləşdi

Facebook